ABŞ müdafiə sahəsində Gürcüstanla əməkdaşlığı davam etdirəcək

2017/11/16947428173_49420a8eb0_o234_1510646013.jpg
Oxunub: 148     11:50     14 Noyabr 2017    
Pentaqon rəhbəri Ceys Mettis dünən keçirilən görüşdə gürcü həmkarı Levan İzoriyanı əmin edib ki, Vaşinqton gələcəkdə də Tiflislə müdafiə sahəsində əməkdaşlığı davam etdirəcək.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin xüsusi rəsmi nümayəndəsi Dana Uayt məlumat yayıb.

“Onlar regional təhlükəsizliyin təmin olunması və ikitərəfli hərbi əlaqələr məsələlərini müzakirə ediblər. Nazir Mettis Gürcüstanın hərbi islahatlara və öz Silahlı Qüvvələrinin gücləndirilməsi xəttinə sadiq qalmasını müsbət qiymətləndirib”, - deyə Uayt qeyd edib.

Pentaqon rəhbəri həmçinin “Gürcüstanın Amerika orduları ilə birgə Əfqanıstanda əməliyyatların tam bitməsinədək birgə fəaliyyət göstərməsinə görə, Gürcüstana təşəkkür edib”.

“Gürcüstan NATO üzvü olmayan ölkələr arasında Əfqanıstan əməliyyatlarında iştiraka görə ən çoxsaylı qüvvə göndərən dövlətdir”, - deyə Uayt vurğulayıb.

Bununla yanaşı, Mettis və İzoriya Pentaqonun gürcü Silahlı Qüvvələrinə onların döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra məsələləri müzakirə ediblər.

Ağalar Qəribov
Ordu.az

Teqlər: NATO   Gürcüstan  

Xəbər lenti

ABŞ müdafiə sahəsində Gürcüstanla əməkdaşlığı davam etdirəcək

2017/11/16947428173_49420a8eb0_o234_1510646013.jpg
Oxunub: 151     11:50     14 Noyabr 2017    