Pentaqon: “BMT ABŞ hərbçilərinə Suriya ərazisinə daxil olmağa icazə verib”

2017/11/e3bbb2d8-3cab-4f9d-96eb-4b0990199336234234_1510645184.jpg
Oxunub: 162     11:37     14 Noyabr 2017    
“BMT ABŞ hərbçilərinə Suriya ərazisinə daxil olmağa icazə verib”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis dünən jurnalistlərə açıqlamasında bildirib.

“BMT mahiyyət etibarilə bizim İŞİD-i izləyə biləcəyimizi dedi və biz onları məhv etmək üçün oradayıq (Suriyada-red)”, - deyə ABŞ-ın Suriya ərazisində öz ordularını yerləşdirməyə icazəsinin olub-olmaması barədə suala Mettis bu şəkildə cavab verib.

Lakin, Pentaqon rəhbəri söhbətin hansı qətnamədən getdiyini dəqiqləşdirməyib.

Mettis qeyd edib ki, Cenevrə Suriya vəziyyətini tənzimləməyənədək ABŞ qüvvələri bölgəni tərk etməyəcək. Onun sözlərinə görə, bu, ikinci İŞİD dalğasının yaranmasının qarşısını almaq zərurəti ilə bağlıdır.

Ağalar Qəribov
Ordu.az

Teqlər: ABŞ   Suriya-böhranı  

Xəbər lenti

Pentaqon: “BMT ABŞ hərbçilərinə Suriya ərazisinə daxil olmağa icazə verib”

2017/11/e3bbb2d8-3cab-4f9d-96eb-4b0990199336234234_1510645184.jpg
Oxunub: 163     11:37     14 Noyabr 2017    