Qarabağ münaqişəsində yeni plan: Lavrov Bakı və İrəvana səfər edəcək

2017/11/Lavrov324234_1510644461.jpg
Oxunub: 1339     11:26     14 Noyabr 2017    
Gələn həftə ərzində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakı və İrəvana 1 günlük səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-ləri rus mənbələrinə istinadən məlumat yayıb.

Əldə edilən məlumata görə, səfərin gündəliyində duran məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Rus nazir 19 noyabrda Bakıya, 20 noyabrda isə İrəvana səfər edəcək.

Erməni KİV-lərinin məlumatına görə, Lavrovun gündəliyi ilə bağlı iki versiya mümkündür. Birinci ehtimala görə, Lavrov əsas diqqət mərkəzində Vyana və Sankt Peterburq razılaşmaları olmaqla, qarşıdakı günlərdə gözlənilən Məmmədyarov-Nalbandyan görüşü üçün səmərəli gündəlik hazırlanmasına cəhd edəcək. İkinci ehtimala görə, Lavrov digər həmsədr ölklərin də dəstək verdiyi yeni plan irəli sürəcək.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Lavrov   Qarabağ   Yeni-plan  

Xəbər lenti

Qarabağ münaqişəsində yeni plan: Lavrov Bakı və İrəvana səfər edəcək

2017/11/Lavrov324234_1510644461.jpg
Oxunub: 1340     11:26     14 Noyabr 2017    