Əfqanıstanda “Taliban”nın hücumu nəticəsində 20-dən çox hərbçi ölüb

2017/11/1507312967234_1510644052.jpg
Oxunub: 175     11:21     14 Noyabr 2017    
Əfqanıstanda “Taliban” döyüşçüləri ilə qarşıdurmada ən azı 22 hərbçi ölüb, 15-i isə yaralanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstandan adı açıqlanmayan mənbə məlumat bildirib.

Onun sözlərinə görə, hadisə dünən gecə Qəndahar vilayəti ərazisində baş verib. Hərbçilərlə “taliblər” arasında qarşıdurma təxminən bir saat çəkib.

Polisin məlumatına görə, qeyri-müntəzəmliyinə baxmayaraq, bu hücum son illər ərzində edilən ən güclü hücumdur. Hərbçilər 40 "Taliban" döyüşçüsünü məhv edib, 35 yaraqlı isə yaralanıb.

Qeyd edək ki, Əfqanıstanda vəziyyət son aylarda hiss ediləcək dərəcədə pisləşib. “Taliban” böyük şəhərlərə hücum etməkdən çəkinmir. Həmçinin, ölkə ərazisində İŞİD-in təsiri də güclənməkdədir.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Taliban   Əfqanıstan  

Xəbər lenti

Əfqanıstanda “Taliban”nın hücumu nəticəsində 20-dən çox hərbçi ölüb

2017/11/1507312967234_1510644052.jpg
Oxunub: 176     11:21     14 Noyabr 2017    