Ermənilər Qarabağda hərbi təlim keçiriblər

2017/11/033453453_1510643181.jpg
Oxunub: 191     11:03     14 Noyabr 2017    
İşğal altında olan Qarabağda 6-11 noyabr tarixlərində qanunsuz hərbi birləşmənin müxtəlif qoşun növlərinin zabitləri komandir hazırlıqları üzrə toplanışlar keçirib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qanunsuz toplanışlar zamanı 2017-ci il oktyabrın 14-də Qarabağ ərazisində yerləşən qanunsuz hərbi birləşmənin "qərargah rəisi" təyin edilən general-mayor Karen Abrahamyan zəruri metodik göstərişlər verib. Komandir hazırlığı üzrə toplanışlar nəzəri və metodiki üsuldan ibarət olmaqla iki mərhələdə keçirilib.

Əlahiddə motoatıcı hərbi hissələrdən birinin bazasında qanunsuz hərbi birləşmənin təşkilat səfərbərlk şöbəsinin birləşmə, hərbi hissə və əlahiddə bölmələrin nizami hissə və komplektləşdirmə üzrə məsul şəxslərinin cəlb olunması ilə toplanışlar keçirilib.

Həmçinin, rabitə və avtomatik idarəetmə şöbəsinin birləşmə, hərbi hissə, artilleriya və Hava hücumundan müdafiənin rabitə sahəsinin zabitləri də toplanışlara cəlb edilib.
Rabitə və avtomatik idarəetmə sistemlərinin istismarı və qulluq edilməsi, yerlərdə işlərin düzgün təşkili və peşə hazırlığının artırılması problemlərinə diqqət ayrılıb.

Arxa cəbhə təminatı qoşunlarının nümayəndələri ilə də komandir hazırlığı üzrə toplanışlar keçirilib. Qanunsuz hərbi birləşmə komandirinin arxa cəbhə üzrə müavini əsas diqqəti bu sahədə olan nöqsanlara və işin düzgün təşkili üsullarına yönəldib. Praktiki məşğələlər keçirilib.

Komandir toplanışlarına qanunsuz hərbi birləşmənin hərbi hissə və birliklərinin əməliyyat bölmə rəisləri və baş zabitləri də cəlb edilib. Toplanışlar zamanı qarşılıqlı fəaliyyət və topoqrafik xidmətin əsasları, döyüş əmrləri və sənədlərin hazırlanması qaydaları müzakirə edilib. Qarabağ ərazisində yerləşən qanunsuz hərbi birləşmənin əməliyyat şöbəsinin "rəisi" Viktor Arustamyan, keçən illərin təcrübələrinə qayıdaraq, aprel müharibəsi ərzində yol verilən nöqsanlar barədə toplanış iştirakçılarına məlumat verib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-ordusu   Təlimlər   Qarabağ  

Xəbər lenti

Ermənilər Qarabağda hərbi təlim keçiriblər

2017/11/033453453_1510643181.jpg
Oxunub: 192     11:03     14 Noyabr 2017    