Ermənistanın xəstə post əsgərləri: Erməni əsgər necə ölüb? - DETALLAR

2017/11/timthumb23423_1510640812.jpg
Oxunub: 712     10:26     14 Noyabr 2017    
Ermənistanda çağırış komissiyasının ürək həkiminin hərbi çağırışçının xəstəliklərinə laqed münasibət bəsləməsi nəticəsində erməni əsgəri ölüb.

Ordu.az xəbər verir ki, bu barədə Helsinki Vətəndaş Assambleyasının (HVA) Vanadzor ofisi bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, 29 may 2016-cı ildə işğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi hissələrindən birində qəflətən ölən müddətli xidmət hərbi qulluqçusu Suren Mosiyanla bağlı cinayət işi Ararat və Vayots Dzor vilayətlərinin ümumi yurisdiksiya məhkəməsinə göndərilib.

Ölən erməni əsgəri Suren Mosiyanın hüquqi varisinin maraqlarını Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin vəkili Ani Çatinyan qoruyur. Erməni əsgərinin ölümündə Artaşat rayon hərbi çağırış komissiyasının ürək həkimi Seda Tadoyan günahlandırılır.

Belə ki, 2015-ci il martın 4-də çağırışçı tibbi müayinə keçərkən ürək problemləri ortaya çıxıb. Ürək həkimi bu müayinədən sonra əlavə müayiələr təyin etməli olduğu halda bunu etməyib. Seda Tadoyanın onun hərbi xidmətə yararlı olduğuna dair qərar etməsi nəticəsində, 2015-ci il iyulun 25-də Mosiyan hərbi xidmətə çağırılır.

Daha sonra, 2016-cı il mayın 29-da döyüş növbətçiliyi apararkən erməni əsgərin halı kəskin pisləşib. Nəticədə, erməni əsgər hospitala aparılarkən yolda ölüb.

Cinayət işi çəçivəsində aparılan müayinələrdən məlum olub ki, tibbi yoxlamalar zamanı Mosiyanın səhhətində olan problemə görə o, hərbi xidmətə yararsız hesab edilməli idi.

Qeyd edək ki, yekun rəyə əsasən, ürək həkimi Seda Tadoyana qarşı cinayət işi qaldırılıb. 2017-ci il noyabrın 1-də baş tutan məhkəmə iclasında şahidlər dindirilib və növbəti iclas noyabrın 21-ə təyin edilib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-ordusu   Qarabağ   Cinayət  

Xəbər lenti

Ermənistanın xəstə post əsgərləri: Erməni əsgər necə ölüb? - DETALLAR

2017/11/timthumb23423_1510640812.jpg
Oxunub: 713     10:26     14 Noyabr 2017    