ABŞ donanması KXDR-ə yaxınlaşıb – VİDEO

2017/11/gemi-savas-abs_1510588252.jpg
Oxunub: 562     19:39     13 Noyabr 2017    
ABŞ donanmasının üç atom təyyarə daşıyıcısı Koreya yarımadası sahillərinə yaxınlaşıb.

Onların arxasınca müşayiət gəmiləri – “Ticonderoga” tipli RƏM-HHM sistemləri ilə təchiz olunan “Arleigh Burke” layihəsinin “Aegis” esminesləri və göyərtəsində qanadlı raketlər olan sualtı gəmilər üzür. Amerika eskandrası Cənubi Koreya dənizçiləri ilə birgə təlimlər keçirəcək və KXDR sahillərinə yaxınlaşacaq.

Ordu.az “Rossiyskaya qazeta” saytına istinadən xəbər verir ki, noyabrın 11-dən 14-dək keçirilən manevrlər barədə Koreya Respublikası Silahlı Qüvvələri birləşmiş qərargah rəhbərləri komitəsinin mətbuat xidmətindən məlumat yayıblar.

Təlimlərdə ABŞ-dan “Ronald Reyqan” (CVN 76), “Teodor Reuzvelt” (CVN 71) və “Nimits” (CVN 68) gəmiləri iştirak edir. Onları supermüasir Aegis məlumat-idarəetmə sistemləri ilə təchiz edilmiş 11 ədəd Amerika gəmisi müdafiə edir.

Cənubi Koreya tərəfindən təlimlərdə ikisi iri esminos olmaqla 7 gəmi iştirak edəcək.

İnternetdə Amerika eskadrasının manevrlərinin videosu yayımlanıb.

ABŞ və Cənubi Koreya dənizçiləri düşmənin gəmi və sualtı qayıqlarına qarşı mübarizəyə, raket atışlarının izlənilməsinə, xilasetmə işləri və buna bənzər məsələlərə dair fəndlər üzərində işləyirlər. Manevlərin ən mühüm mərhələsi bu gün keçiriləcək.

Bütün bu qüvvələr Şimali Koreyaya yayım zərbəsi endirmək üçün lazım olandan çoxdur. Vaşinqton və Seulda belə bir planın olması etiraf edilməsə də, təlimlərin KXDR-də gərginlik yaradaraq onlar üçün növbəti “qorxutma aksiyası” olduğunu gizlətmirlər.

Ağalar Qəribov
Ordu.az

Teqlər: ABŞ   Koreya-böhranı   HDQ  

Xəbər lenti

ABŞ donanması KXDR-ə yaxınlaşıb – VİDEO

2017/11/gemi-savas-abs_1510588252.jpg
Oxunub: 563     19:39     13 Noyabr 2017    