Pentaqonun məsləhətçisi: “ABŞ Qarabağ münaqişəsinə müdaxilə etməyəcək” (ÖZƏL)

2017/11/1488405834_efbec275047a47d4de5f9fd72eb064c9234234_1510578051.jpg
Oxunub: 304     16:59     13 Noyabr 2017    
ABŞ prezidenti Donald Trampın Asiya turu fonunda regionda gərginliyin qəflətən kəskinləşməsinin səbəbi yalnız Şimali Koreya məsələsində mövqelərin fərqli olması deyil, həm də ABŞ-ın asiyalı müttəfiqlərinin Çinin artan təsirindən və onunla ABŞ arasında münasibətlərin pozula bilməsindən ehtiyat etmələrinə görədir: Trampın missiyası nədən ibarət idi? Asiya regionunu bu səfərdən sonra nə gözləyir? Tillersonun bütün dünyada hərbi gücün istifadə edilməsinin zəruri olması barədə bəyanatının arxasında hansı nüanslar var? Niyə Pentaqon “rus aqressiyası” ilə müharibəyə milyardlarla dollar vəsait ayırmağa davam edir? İŞİD dövründən sonra Yaxın Şərq və Avropanı nə gözləyir? ABŞ Dağlıq Qarabağ münaqişəsini həll edə bilərmi?

Bu barədə Ordu.az-a hərbi analitik, Pentaqonun məsləhətçisi, Amerika ordusunun ehtiyatda olan general-mayoru Pol Valleli müsahibə verib.

- Trampın Asiya ölkələri üzrə səfəri hansı məqsədlər daşıyır?

- Hazırda Trampın Yaxın Şərqə səfəri üçün bir neçə səbəb və məqsəd var. İlk növbədə, bu səfər onun Yaxın Şərq (Səudiyyə Ərəbistanı səfəri) və Avropa səfərindən sonra regiona etdiyi ilk səfərdir. Prezidentin missiyası səfər edilən ölkələrlə yeni əlaqə yaratmaq və ticarət, alyanslar barədə öz fikirlərini bölüşmək, ABŞ-a hörmət və etibar qazandırmaq, həmçinin KXDR-in regiona göstərdiyi təhdidlərə görə, narahatçılıq nümayiş etdirməkdən ibarət idi. Deyəsən, hər şey gözlənildiyindən daha yaxşı olub. Putin və Trampın görüşərək söhbətləşməsinə çox şad oldum. Çin, Rusiya və ABŞ üçün bir çox qlobal problemlərin həllini tapmasına görə, birlikdə çalışmaq çox vacibdir.

- Pentaqon “rus aqressiyası” ilə müharibəyə 4,6 milyard dollar pul ayırıb. Bu vəziyyətdə, Rusiya ilə ABŞ arasında hibrid müharibə güclənəcəkmi?

- Bildiyim qədərilə, ABŞ Silahlı Qüvvələrinin yeni büdcəsi Obamanın prezident olduğu dövrdə məhdudlaşdırılan əvvəlki həcmin bərpasıdır. Bu vəsaitlər ABŞ və onun müttəfiqlərinə qarşı istənilən təhlükəyə reaksiya vermək üçün önəmlidir. Bu pulların Rusiya ilə heç bir əlaqəsi yoxdur. Mən ABŞ əleyhinə heç bir Rusiya aqressiyasını görmürəm. İndi Putinlə Tramp birlikdə işləyəcəklər və gərginlik azalmağa başlayacaq.

- Dövlət katibi Tillerson bu yaxınlarda Konqresi bütün dünyada hərbi gücün istifadəsini sanksiyalaşdırmağa səslədi. Onun fikrincə, hərbi gücün istifadəsinə dair yeni razılaşma heç bir coğrafi nöqtə ilə məhdudlaşmalı deyil. Oxşar mövqeni müdafiə naziri Ceyms Mettis də nümayiş etdirdi. Tillersonun bu çıxışının arxasında hansı nüanslar var?

- Bu o deməkdir ki, prezident ABŞ və onun maraqları üçün hərbi gücün istifadəsindən çəkinməyəcək. Tillerson sadəcə olaraq prezidentin siyasətini dəstəkləyir. O, Konqreslə əməkdaşlığa çalışır.

- İŞİD Suriya və İraqda öz mövqelərini itirməyə davam edir. Hadisələrin inkişafı fonunda, Yaxın Şərqdə hansı yeni ssenari gözlənilir?

- Mən İŞİD terrorçularının Şimali Afrika, Əfqanıstan və Pakistanda artacağını gözləyirəm. İŞİD terrorçuları və onların Avropadakı üzvləri hücumları planlaşdırmağa davam edəcəklər.

- Bildiyiniz kimi, Ermənistan Azərbaycan ərazilərini – Dağlıq Qarabağ və ona bitişik 7 rayonu işğal edib. Fikrinizcə, ABŞ Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində aktivlik nümayiş etdirəcəkmi?

- Bildiyim qədərilə, ABŞ Qarabağ münaqişəsinə müdaxilə etməyəcək. Vaşinqton hazırda öz diqqətini başqa problem və məsələlərə yönəldib.

Seymur Məmmədov
Tərcümə etdi: Ağalar Qəribov

Teqlər: ABŞ   Qarabağ  

Xəbər lenti

Pentaqonun məsləhətçisi: “ABŞ Qarabağ münaqişəsinə müdaxilə etməyəcək” (ÖZƏL)

2017/11/1488405834_efbec275047a47d4de5f9fd72eb064c9234234_1510578051.jpg
Oxunub: 305     16:59     13 Noyabr 2017    