“Yeni qanun Ermənistanda gərginliyi daha da artıracaq” – Şair Ramaldanov

2017/11/12507632_741472962619658_720131091890672404_n34534_1510399184.jpg
Oxunub: 992     15:18     11 Noyabr 2017    
“Ermənistan Müdafiə Nazirliyinin hazırladığı “Hərbi xidmət və Hərbi xidmətin statusu haqqında” qanun bu ölkədəki gərginliyi daha da artıracaq”.

Bunu Ordu.az-a ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib. Hərbi ekspertin sözlərinə görə, Cenevrədə prezidentlərin son görüşündən sonra, Azərbaycanın Qarabağla bağlı qətiyyətli mövqeyini anlayan Sarkisyan müdafiə strukturu tərkibində nəticəsi olmayan dəyişikliklər aparmağa başlayıb.

“Bu yaxınlarda Prezident İlham Əliyevlə Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlar aparmaq üçün Cenevrədə görüşdülər. Görüşdən dərhal sonra erməni prezident yenidən təxribat xarakterli açıqlamalar verdi. Görünür, Azərbaycan rəhbərliyinin prinsipial mövqeyi və erməni tərəfinin münaqişənin nizama salınmasında maraqlı olmaması Sarksiyanın danışıqlar prosesinə bir daha kölgə salmasına səbəb oldu. İndi isə, erməni tərəfi Azərbaycanın atacağı hansısa addımlardan qorxuya düşərək, guya qabaqlayıcı tədbirlər görməyə başlayıb. Məlumdur ki, Ermənistanda əhalinin sayı azalmaqdadır. Təbii ki, bu səbəbdən Ermənistanda əsgər çatışmazlığı daha da çoxalıb. Onlar orduya əsgər toplamaq üçün belə addımlar atırlar. Dəfələrlə İrəvanda erməni əsgər anaları etiraz aksiyaları keçiriblər. Onlar istəmirlər ki, övladları işğal olunmuş ərazilərdə xidmət etsin və öldürülsün”.

Şair Ramaldanov vurğulayıb ki, onsuzda sosial və siyasi vəziyyətin ağır olduğu Ermənistanda bu qanun gərginliyi daha da artıracaq. Bu proses, ölkənin hərbi xidmətdə olması belə sual altında olan müdafiə naziri Viqen Sarkisyanın vəzifədən getməsini də sürətləndirə bilər.

“Ermənistanda bütün sahələrdə vəziyyət ağırdır. Əhalinin ölkə rəhbərliyinə inamsızlığı da getdikcə artmaqdadır. Tələbələrin təşkil etdiyi bu etrazlar yaxın bir zaman ərzində səngiməyəcək. Çünki, müxalifət də bu məsələ ətrafında birləşib. Hadisələrin daha geniş vüsət alması gözləniləndir”, - deyə hərbi ekspert bildirib.

Ehtiyatda olan polkovnik qeyd edib ki, yeni qanun erməni gənclərinin xaricə üz tutmasını daha da sürətləndirəcək. Bu da öz növbəsində, Ermənistan əhalisinin sayının azalmasına, o cümlədən hərbi xidmətdən yayınma hallarının daha da artmasına səbəb olacaq.

Xatırladaq ki, etirazçı tələbələr Ermənistan müdafiə nazirliyi tərəfindən təqdim edilən “Hərbi xidmət və Hərbi xidmətin statusu haqqında” qanun layihəsinə qarşı etiraz aksiyası keçiriblər. Onlar qanun layihəsi üzrə, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi qaydalarının dəyişdirilməsinə etraz edirlər.

Fariz Hüseynov
Ordu.az

Teqlər: Erməni-ordusu   Hərbi-xidmət   Etiraz  

Xəbər lenti

“Yeni qanun Ermənistanda gərginliyi daha da artıracaq” – Şair Ramaldanov

2017/11/12507632_741472962619658_720131091890672404_n34534_1510399184.jpg
Oxunub: 993     15:18     11 Noyabr 2017    