ABŞ-ın Ukraynaya yeni hərbi yardımı nələr vəd edir? – ANALİZ

2017/11/CB0045D3-AAA4-4B5F-8E7B-05FDDFC6E318_w1023_r1_s345345_6041589700.jpg
Oxunub: 488     14:32     11 Noyabr 2017    
ABŞ-ın 2018-ci maliyyə ili üçün müdafiə büdcəsi layihəsi təhlükəsizliyin təmin edilməsi üçün Ukraynaya 350 milyon dollar yardım etməyi nəzərdə tutur. Bu barədə ABŞ Senatının Silahlı qüvvələrlə iş üzrə komitəsi və Konqresin nümayəndələr Palatası tərəfindən razılaşdırılan sənəddə bildirilib.

Ağ Ev bu vəsaitlərin yarısını, Pentaqon tərəfindən Ukraynanın təhlükəsizlik və müdafiə sektorunda lazımi islahatların həyata keçirilməsini təsdiqlədikdən sonra ayıracaq. ABŞ hərbi ekspertləri, Ukrayna və digər ölkələrə hərbi yardımların ayrılmasının əsas məqsədinin dezinformasiya, təbliğat, kiber hücum və ümumən hibrid aktklara qarşı nəzərdə tutulduğunu qeyd edirlər.

Bu baxımdan, ABŞ Avropanın müdafiə layihəsinin çəkindirmə təşəbbüsünü dəstəkləmək məqsədi ilə, müdafiə büdcəsindən gələn il üçün 100 milyon dollar xərcləməyi nəzərdə tutur. Bu vəsaitlərin Rusiyanı mümkün hərbi müdaxilələrdən çəkindirmək üçün ayrıldığı bildirilir.

Ümumiyyətlə, ABŞ 2018-ci ildə müdafiə ehtiyacları üçün 626,4 milyard dollar ayırmağı planlaşdırır. Bu, prezident Donald Trampun rəsmi tələbindən 26,1 milyard dollar çoxdur. Son təsdiq üçün qanun layihəsi Senat və Nümayəndələr Palatasında səsvermədən keçməlidir, bundan sonra isə ABŞ prezidenti tərəfindən imzalanmalıdır.

Malliyə yardımının ayrılması faktı, ABŞ tərəfindən Ukraynaya suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə birmənalı şəkildə siyasi dəstək verildiyini sübüt edir. Ayrılan bu vəsait, Krım və Donbas regionlarında davam edən münaqişəyə dair ABŞ-ın mövqeyinin ciddiliyini bütün dünyaya nümayiş etdirmək məqsədi güdür. Məbləğin miqdarı Ukrayna mövzusunun ABŞ üçün nə qədər həssas olduğunu göstərir.

ABŞ-ın bu vəsaiti ayırmaqla, eyni zamanda bir neçə problemi həll etməyə çalışdığı nəzərə çarpır: Rusiyaya, o cümlədən dünya ictimaiyyətinə Ukrayna ərazisinin toxunulmazlığı ilə bağlı zəruri siqnal göndərmək, Ukraynaya maliyyə dəstəyini təmin etmək, Moskva ilə dialoq və danışıqlar aparmaq üçün imkanlar saxlamaq. Çünki, ABŞ-ın bu vəsaiti hücum silahları üçün deyil, sırf ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, səxsi heyətin döyüş hazırlığı və hərbi təlimi üçün ayırması, Rusiya ilə bu mövzuda aparılacaq danışıqlar üçün imkanların saxlanılması məqsədini güdür.

Məlumdur ki, son vaxtlar Avropa ölkələri Ukrayna məsələsində bir az soyuqqanlı davranırlar. Ölkənin şərqindəki münaqişənin həlli üçün Rusiyaya əvvəlki kimi təzyiqlər göstərmirlər. Bu əlaqələrin soyuması fonunda, ABŞ-ın bu miqdarda yardım ayırması Ukrayna üçün həm siyasi, həm də iqtisadı baxımdan çox vacib idi.

Ukrayna üçün ayrılan Amerika maliyyə yardımının maddələri maddi-texniki və təlim məqsədli vəsaitlər arasında balansı təmin edir.

Bu gün ABŞ-da düşünürlər ki, Ukrayna öz güc və vasitələri ilə ölkənin şərqindəki münaqişəni təkbaşına bitirə bilər. Məhz bu fikirlər, ABŞ-ın daha böyük məbləğdə yardım ayırmasını əngəlləyir. 350 milyon dollar 250 minlik, o cümlədən 50 minlik aktiv döyüş əməliyyatlarında iştirak edən şəxsi heyəti olan və 6 milyard dollarlıq hərbi büdcəsi olan bir ordu üçün çox da böyük bir rəqəm olmasa da, bu yardımın siyasi dəyəri daha böyük qiymətləndirilməlidir.

Birləşmiş Ştatlar bu yardımı ayırmaqla Ukrayna məsələsini öz axarı ilə buraxmayacağını, müttəfiqinə tam və birmənalı dəstək verəcəyini əyani şəkildə nümayiş etdirir. NATO proqramı əsasında, şəxsi heyətin döyüş hazırlığı, yeni yüksək dəqiqlikli müdafiə sursatları və ordu sıralarında aparılmalı olan ştat-struktur dəyişikliklərinə də vasait ayırılması da nəzərdə tutulub.

Ukrayna Ordusunun bu gün ən çox ehtiyacı olduğu texnika və vasitələr siyahısına əsasən müasir HHM və RƏM vasitələri, ZRK, ağır artilleriya sistemləri, mühəndis texnikası, gecə görmə çihazları və avtomobil texnikası daxildir. Sözügedən silahların əksəriyyəti, 90-cı illərdə Sovet İttifaqında istehsal olunan vasitə və texnikalardır ki, bunlar da müddətlərini çoxdan başa vurublar. Şəxsi heyətin arxa cəbhə təminatı isə, tamamilə həll olub. Ərzaq və geyim, sursat, atıcı silahlar, zirehli texnika, PUA və kiçik çaplı artılleriya silahları ilə təminat yüksək səviyyədədir. Yanacaq sürtkü materiallarının təminatında isə, ciddi nöqsan və çatışmamazlıqlar olub. Bildiyimiz kimi, keçən ayın əvvəlində Ukrayna müdafiə nazirinin müavini general-leytenant İqor Pavlovski və nazirliyin Dövlət satınalmaları departamentinin direktoru Vladimir Quleviç həbs olunublar. Onlar dizel yanacağının alınmasında 6 milyon dollara qədər dövlət vəsaitinin mənimsənilməsində günahlandırılır.

ABŞ isə, göstərilən bir sıra mənfi halları nəzərə alaraq, göstərdiyi yardımı maddələr üzrə elə bölüb ki, amerikalı vergi ödəyicilərinin bu pulların hara və necə xərclənəcəyi barədə dəqiq məlumatları olsun.

Əslində Ukrayna ABŞ-dan daha iri həcmli yardımlar ala bilər. Bunun üçün rəsmi Kiyev Pentaqonu daha ciddi arqumentlərə inandırmalıdır.

Bu arqumentlər arasında Rusiyadan gələn kiber hücümlara qarşı mübarizə, Ukraynaya daha çox divident qazandıra bilərdi. ABŞ internetin vətəni kimi dünyada bu şəbəkənin təhlükəsizliyinə cavabdehlik daşıyır. Son zamanlar Kasperski laboratoriyasına qarşı senatda keçirilən dinləmələr problemin çapının düşünüldüyündən də geniş olduğunu sübut etdi. 2015-ci ildə qəbul edilmiş ”Strtegiya-2015” planı Ağ Evə qarşı “pis niyyətli” ölkələr siyahısına daxil edilən ölkələrə və kiberməkanlara qarşı aktiv kiber hücum əməliyyatları aparmağı nəzərdə tutur və buna rəsmən icazə verir. ABŞ-a bu planının ən ideal icraçılarından birinin Ukrayna ola biləcəyini rəsmi Kiyev sübüt edə bilsə, nəzərdə tutulan hərbi yardım gələcəkdə dəfələrlə artırıla bilər.

Ukrayna hökumətinə indiyə qədər ABŞ-dan tibbi, texiki avadanlıqlar və geyim əşyaları şəklində 111 milyon dollar dəyərində yardım göstərilib. Humanitar yardım proqramı çərçivəsində, Ukrayna Silahlı Quvvələri ABŞ-dan 8 milyon dollar dəyərində səyyar səhra qospitalı, dalğıc geyimləri, generatorlar və s. əldə edib. Cəmi son iki ildə isə, ABŞ Ukraynanın müdafiə qabiliyyətinin artırılmasına 130 milyon dollar vəsait ayırıb. Kanada isə, 23,5 milyon dollarlıq gecə görmə cihazları, zirehli gödəkçələr, qış geyimləri və səhra yataq dəstlərini humanitar yardım kimi ukraynalı hərbçilərə göndərib. Polşa və Avstraliya da ümumən 11 milyon dollarlıq quru yemək və geyim əşyalarını əvəzsiz olaraq Ukrayna tərəfinə təqdim edib. Böyük Britaniya, Çin, Slovakiya, Türkiyə, Norveç, Fransa, Hollandiya da kiçik məbləğlərdə müxtəlif hərbi geyim və digər ləvazimatlar şəklində Ukrayna ordusuna yardımlar göstərib.

Bununla belə, Avropa və ABŞ-dan hərbi yardım alan 250 minlik Ukrayna ordusu, hələ də Krım və ölkənin şərqindəki separatçı rejimlərə qarşı apardığı mübarizədə ciddi irəlləyişlərə nail ola bilməyib.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Ukrayna   ABŞ   Hərbi-yardım  

Xəbər lenti

ABŞ-ın Ukraynaya yeni hərbi yardımı nələr vəd edir? – ANALİZ

2017/11/CB0045D3-AAA4-4B5F-8E7B-05FDDFC6E318_w1023_r1_s345345_6041589700.jpg
Oxunub: 489     14:32     11 Noyabr 2017    