Putin və Tramp Suriyada deeskalyasiya zonalarının vacibliyini təsdiq ediblər

2017/11/putin_trump345345_1510388358.jpg
Oxunub: 256     12:19     11 Noyabr 2017    
Rusiya prezidenti Vladimir Putin və onun amerikalı həmkarı Donald Tramp Suriya Ərəb Respublikasında deeskalyasiya (münaqişə tərəfləri arasında atəşkəs rejiminin tətbiq olunduğu və aviasiya uçuşlarının dayandırıldığı rayonlar-red.) zonalarının vacib olduğunu bildiriblər.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, iki ölkənin liderlərinin birgə bəyanatında, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammitinin kuluarlarında Putin və Trampın Suriyada cənub-qərb de-eskalyasiya zoasının yaradılması qərarının realizəsi barədə müzakirə aparmaları qeyd edilib.

Sənəddə vurğulanır ki, Rusiya və ABŞ prezidentləri “müvəqqəti tədbir qismində Suriyada zorakılığın səviyyəsinin aşağı salınması, döyüş fəaliyyətinin razılıq əsasında sonlanması, humanitar yardımların maneəsiz çatdırılması və münaqişənin siyasi yollarla həlli üçün de-eskalyasiya zonalarının yaradılmasının mühümlüyünü təsdiq ediblər”.
Daha öncə, Putin və Tramp İŞİD terror qruplaşmasının Suriyada məğlub edilməsinə dair qərarı təsdiq ediblər.

Xatırladaq ki, cari ilin sentyabr ayında Rusiya, Türkiyə və İran Astana danışıqları nəticəsində Həmas şəhərindən şimalda, Dəməşqin ətrafında, Suriya və İordaniya sərhəddində, həmçinin İdlib vilayətində de-eskalyasiya zonalarının yaradılması barədə qərar elan ediblər.

Ağalar Qəribov
Ordu.az

Teqlər: ABŞ   Suriya-böhranı   Rusiya  

Xəbər lenti

Putin və Tramp Suriyada deeskalyasiya zonalarının vacibliyini təsdiq ediblər

2017/11/putin_trump345345_1510388358.jpg
Oxunub: 257     12:19     11 Noyabr 2017    