Alman gülləsindən silah yaradan ispan polkovnik: CB-52 silahı necə yaradıldı? - FOTOLAR

2017/11/efaee965e627456456_3020619198.jpg
Oxunub: 915     14:12     10 Noyabr 2017    
1951-ci ildə, İspan silah ustası Polkovnik- leytenant Hoakin De La Kalzada Bayo, La-Karoniya şəhərindən olan həmkarları ilə birlikdə avtomatik tüfəng olan Fusil Asalto CB-51-in iki perspektiv variantını hazırlayırlar. Tezliklə yeni tüfəng sınaqdan keçirilir. Nəticədə, layihələrin daha da təkmilləşdirilməsi məqsədilə bəzi tövsiyələr verildi. Avtomatik silah xəttinin inkişafı tezliklə CB-52 avtomatik tüfəng layihəsinin və xüsusi olaraq bu tüfəng üçün hazırlanmış tamamilə yeni bir güllənin əmələ gəlməsinə gətirib çıxardı.

CB-51 tüfənginin ərsəyə gəlməsi, alman istehsalı olan 7.92x33 mm "Kurtz" güllələrinin uzun müddət öyrənilməsi nəticəsində sonra baş verdi. İspan ordusu bu sursata xüsusi maraq göstərdi və bu sursatı istifadə edəcək öz silahlarını inkişaf etdirməyə başladı. Silahın müxtəlif versiyaları təklif edildi ki, bunlardan biri də H. De La Kalzada-Bayonun CB-51 adlı avtomatik tüfəngi idi. Silahın mövcud alman modellərinə bənzəməsinə baxmayaraq, onun fərqli cəhətləri də vardı.

Fusil Asalto CB-51 markalı tüfəngin ilk versiyası 7.92x33 mm "Kurtz" gülləsi üçün nəzərdə tutulmuşdu. Bununla yanaşı, tezliklə bu silahın İspan istehsalı olan 7.92x40 mm güllələrdən istifadə etdiyi yeni bir modifikasiyası ortaya çıxdı. Hər iki tüfəng eyni ideyalara əsaslanırdı, lakin fərqli güllələr bəzi detalların ölçülərinin də fərqli olmasını tələb edirdi.

1951-52-ci illərdə CB-51 tüfənginin iki variantı sınaqdan keçirildi. Sınaqlar zamanı hər iki tüfəng qeyri-müəyyən və qeyri stabil nəticələr göstərdi.

Parametrlərin bir hissəsi tələblərə cavab versə də, əksəriyyəti qeyri-kafi idi. Xüsusilə effektiv atəş məsafəsi istənilən nəticəni göstərmədi. Hətta 7,92h40 mm-lik "uzun" güllədə sifarişçinin istədiyi 1000 metrlik hədəfləri məhv edə bilmədi. Beləliklə, avtomatik CB-51 tüfəngləri üçün İspan ordusu heç bir maraq göstərmədi və təbii ki silanlanmaya qəbul edilmək şansı da olmadı.

Şəxsi istehsalı olan tüfənglərdə aşkar olunan çatışmamazlıqları analiz edən polkonik-leytenant Hoakin De La Kalzada Bayo yenidən layihə işlərinə başladı. Əldə olunan imkanları və sifarişçinin tələblərini öyrənən silah ustası yeni tələblərə cavab verəcək tamamilə yeni bir güllənin hazırlanmasına ehtiyac olduğu nəticəsinə gəlir.

Əslində yeni tufəngin əsas istiqamətləri əvvəlki kimi dəyişməz olaraq qala bilərdi. Eyni zamanda, sələfləri üzərində bir sıra üstünlüklər əldə etmək üçün tüfəng bəzi dəyişikliklərə məruz qalmalı idi. İstifadə edilən movcud 7,92х33 mm və 7,92х40 mm-lik güllələr nisbətən kiçik gilizlərə sahib idilər. Buna görə, H. De La Kalzada Bayo növbəti tüfəng üçün lazımlı xüsusiyyətlərə malik tamamilə yeni bir patron hazırlamağa qərar verdi. Eyni zamanda, belə bir sursat digər mövcud güllələrdən bəzi yeniliklər edilməsi ilə fərqlənməli idi.

CB-52 və ya "Tip 52" olaraq ad təyin edilən güllə, uzunluğu 51 mm olan gilizə sahib oldu. Gilizin ağız tərəfində isə sonluğu iti olan diametri 8,17 mm və uzunluğu 30 mm olan güllə yerləşirdi. İspan istehsalı olan sursat 7.92x57 mm alman gülləsinin az dəyişdirilmiş bir variantı idi. Ən azından hər iki güllənin gilizlərinin çöl diametrləri eyni idi. Döyüş xüsusiyyətlərinə görə yeni 7.92x51 mm-lik CB-52 markalı ispan gülləsi almanlara məxsus 7.92x57 mm-lik güllə ilə 7.92x40 mm-lik köhnə ispan güllələri arasındakı mövqeni tuturdu.

7,92х51 mm-lik CB-52 güllələri mövcud 7,92х57 mm-lik güllələrdən nisbətən kiçik ölçüləri və qısaldılan xüsusiyyətləri ilə fərqlənirdi. Bu isə, nəzəri cəhətdən bu güllələri orta sinifə aid edirdi. Lakin, istehsalçılar bu güllənin sırf avtomatik tüfənglər üçün nəzərdə tutulduğunu iddia edirdilər. Nəticədə, silahın təcrübəsi göstərdi ki, o mövcud konstruksiya tələb edilən kriteriyalara cavab verir və ciddi dəyişikliklər tələb etmir. Yaradılan yeni CB-52 tüfəngində istifadə olunan mexanizmləri sadəcə daha böyük ölçülü güllələr üçün uyğun hala gətirmək və bəzi kiçik dəyişikliklər etmək kifayət idi. Qalan hissələrdə hər iki model eynilik təşkil edirdi.

Yeni layihədə, əvvəlki nümunələrin düzəni saxlanıldı. Bütün əsas detalları isə, ayrılan lülə qutusuna yerləşdirmək lazım idi. Lülə qutusunun önündə lülə və qaz porşeninin borusu, aşağıda isə sandıq qəbuledicisi var idi, arxa hissəsi isə taxta qundaq üçün nəzərdə tutulmuşdu. CB-51 tüfənglərinin test nəticələri mövcud hissələrin bəzilərindən imtina etməyə imkan verdi, lakin yeni güllələr bir sıra dəyişikliklərin tətbiq edilməsini tələb edirdi.

Əvvəlki tüfənflərin inkişaf etdirilmiş yeni silah layihəsinə "1952-ci il nümunəli Calsada Bayo hücüm tüfəngi" adı verildi. Bu layihə çərçivəsində, yalnız bir silah nümunəsi yaradıldığı üçün heç bir qarışıqlıq riski yox idi. CB-52 tüfəngi əvvəlki kimi iki böyük əsas hissədən ibarət idi. Üst hissə lülənin yerləşdirilməsi üçün qutudan, qaz porşeni və caxmaqdan ibarət idi. Ön alt hissəsində isə sandıq qəbuledicisi var idi. Qəbuledicinin yuxarı hissəsi ilə aşağı hissəsi bir-birinə bərkidilir. Bu isə, zərbə buraxılış mexanizminin vəzifəsini yerinə yetirir. Lülə qutusunun daha hündür olan arxa hissəsi isə, qundağın bərkidilməsi üçün nəzərdə tutulub. Yeni avtomatik tüfəng, 7,92 mm çaplı nisbətən daha uzun və yivli bir lüləyə sahib oldu. Lülənin sonuna yaxın yerdə isə, daxili kanalları olan qaz kamerası yerləşdirildi. CB-52 layihəsinin yeniliyi yarıqları olan böyük ağız əyləcı idi. Yeni tüfəngin boru yatağı ilə təchiz edilmədiyi olduqca maraqlıdır.

Lülə qutusunun üstündə qaz porşeninin borusu yerləşirdi. Tüfəngdə porşenin uzun hərəkət prinsipindən istifadə olunurdu.

Qəbuledicinin yuxarı hissəsində isə, çaxmaq çərçivəsi yerləşdirilib. Onun ön hissəsində çaxmağın özü və qaz porşeni quraşdırılııb, arxasında isə silahı doldurmaq üçün dəstəkli tutma qurğusu varr. Yeni layihədə lülə qutusu qapaq ilə təchiz olundu. Bu qapaq tüfəngin mexanizmlərini çirklənmədən qoruyurdu. 1951-ci il tüfənglərində belə qapaqlar yox idi. Çaxmağın quruluşu haqqında dəqiq məlumatlar yoxdur. Çaxmağın arxasında birbaşa qaytarıcı yay yerləşirdi. Qeyd etmək lazımdır ki, Calzada Bayo tüfənglərinin xarakterik görünüşü onların alman istehsalı olan "hücum tüfəngləri" layihələrindən istifadə edilməsi haqqında haqlı fərziyyələrə səbəb olurdu. Eyni zamanda, bəzi dizayn məsələləri fərqli bir şəkildə həll edildiyi də məlumdur. Onun, əsas fərqli cəhəti qaytarıcı yayın qundağa çatmadan tamamilə lülə qutusuna yerləşdirilməsi idi.

1952-ci il nümunəli avtomatik tüfəngin zərbə mexanizmi əvvəlki silahların mexanizmlərinə bənzəyirdi, lakin bəzi fərqlər var idi. Atəşin idarə olunması lülə qutusunun arxasına doğru yerini dəyişən buraxıcı zərbə mexanizminin vasitəsilə həyata keçirilməsi təklif olunurdu. Mexanizmlərin bloklanması hərəkət edən qoruyucu vasitəsilə həyata keçirilirdi. Qoruyucunun yeri isə, qutunun sol hissəsindən sağa köçürülərək bir az da qabağa dogru irəlləmişdir. Yeri dəyişdirilən qoruyucunun altında etiketləri olan yeni dəyirmi lövhə quraşdırılıb. Qoruyucunun vəziyyətinə görə silah kilitlənə, tək-tək və ya dayanmadan avtomatik rejimdə atəş aça bilərdi. Sursat təminatı 30 güllə tutumu olan sandıqdan ibarət idi. Onu lülə qutusunun altında qəbulediciyə yerləşdirmək təklif olunurdu. Sandıq öz yerinə öndən qutuya söykənərək, arxadan isə qarmaqla bərkidilirdi. Boş gilizlər isə, lülədə yanan barıt qazlarının təsiri və çaxmağ vasitəsilə sağa yuxarıya, yəni çölə atılırdı. Giliz atılan pəncərə yaylı qapaqla örtülürdü. Atəş zamanı o yuxarıya doğru açılır, digər vaxtlarda isə bağlı qalaraq silahı çirklənmədən qoruyurdu.

CB-52 tüfəngləri yeni nişangah qurğusu ilə təchiz edildi. Qaz kamerasının gövdəsi, artıq U tipli mühafizə yuvasına yerləşdirilən hərəkətli gözlüyün quraşdırılması üçün yataq rolunda çıxış edirdi. Lülə qutusunun üstündə açıq mexaniki nişangah quraşdırılıb ki, bu da məsafəyə və küləyə görə atəşi nizamlamağa imkan verirdi. Yenilənmiş tüfəng ümümilikdə əvvəlki modellərin quruluşunu saxlayırdı. Lülə qutusunun arxa divarında tügənglər üçün nəzərdə tutulan taxta qundağın bərkidilməsi üçün çıxıntılı qarmaq vardı. Silahın tətik çıxıntısı ilə təchiz edilmiş dəstəkdən tutulması təklif edilirdi. Zərbə mexanizminin və onun qoruyucusunun yerləşməsi taxta qundağın forması ilə sıx bağlı idi.

Məlumdur ki, 1952-ci ildə La-Karoniya fabrikində CB-52 markalı bir sıra təcrübəli-sınaq məqsədli avtomatik tüfənglər istehsal olunub. Bundan əlavə, Palensiyadaki dövlət silah fabriki 7.92 x 51 mm-lik "Tip 52" orijinal patronların partiyasının istehsalı üçün sifarişlər aldı. Bütün bu məhsullar zavod və dövlət testlərinə təqdim edildi. Təəssüf ki, istehsalçının və ordu qüvvələrinin sınaq və yoxlamaları haqqında ətraflı məlumat yoxdur.

Buna baxmayaraq, layihənin nəticəsi məlumdur – CB-52 tüfəngı silahlanmaya qəbul edilmədi. Nisbətən az müvəfəqiyyətli sələflərinin nailiyyətlərindən yaralanan CB-52 tüfənglərinin atəş meydançalarında özlərini yaxşı cəhətdən göstərmək üçün şansları var idi. Ən azından gücləndirilən güllələr arzu olunan atəş xüsusiyyətlərini əldə etməyə imkan verirdi. Bir neçə rejimdə atəş açmaq imkanlarının mövcudluğu isə bu tip silahların döyüş potensialının artmasına səbəb oldu.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: CB-52   Kurtz  

Xəbər lenti

Alman gülləsindən silah yaradan ispan polkovnik: CB-52 silahı necə yaradıldı? - FOTOLAR

2017/11/efaee965e627456456_3020619198.jpg
Oxunub: 916     14:12     10 Noyabr 2017    