“Trampın siyasəti dünyada “nəhəng qeyri-stabillik” yaradıb” - Ziqmar Qabriel

2017/11/or-42562435345_1510313061.jpg
Oxunub: 401     12:16     10 Noyabr 2017    
“ABŞ prezidenti Donald Trampın siyasəti dünyada “nəhəng qeyri-stabillik” yaradıb”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının xarici işlər naziri Ziqmar Qabriel dünən yerli ZDF telekanalının efirində çıxış edərkən bildirib.

Qabriel Trampı II Dünya Müharibəsindən sonra formalaşdırılan Amerikanın siyasət ənənələrinə cavab verən mühüm xarici siyasi məlumatlardan, həmçinin ABŞ-ın xarici siyasətinin ölkənin daxili maraqlarına tabe olmasından xəbərdar olmamaqda təqsirləndirib. Nazirin fikrincə, Tramp hər ölkə ilə ayrılıqda ikitərəfli münasibətlər quraraq müvəqqəti sazişlər imzalayır və artıq formalaşmış ümumdünya nizamını saya almır.

“Biz “Böyük iyirmilik”dən və ya “yeddilik”dən deyil, “ikilik”dən bəhs etməli olduğumuz şərtlər altında yaşayırıq”, - deyə nazir qeyd edib. Onun fikrinə görə, Birləşmiş Ştatlar dünyada yalnız Trampın fikrincə, bunu etməyin məqsədəuyğun olduğu formada dünyada formalaşmış qaydalara riayət edir. Qabriel vurğulayıb ki, Trampın belə fəaliyyəti dünyada “nəhəng miqyaslı qeyri-stabillik” yaradır.

Xarici işlər nazirinin sözlərinə görə, ABŞ dünyada mövcud olan özləri tərəfindən formalaşdırılan liberal dünya nizamını sual altına alır və bu nizamın qorunması vəzifəsi bütünlükdə Avropanın çiyinlərinə düşür. Lakin, nazir Avropa ölkələrinin təklikdə bu vəzifənin öhdəsindən gələ bilməyəcəyinə əmin olduğunu bildirib.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Tramp   Böhran   Almaniya  

Xəbər lenti

“Trampın siyasəti dünyada “nəhəng qeyri-stabillik” yaradıb” - Ziqmar Qabriel

2017/11/or-42562435345_1510313061.jpg
Oxunub: 402     12:16     10 Noyabr 2017    