"O yerdə ki, əsgəri öldürür, cərəyana verir və təcavüz edirlər ora ordu sayıla bilməz" - Erməni əsgər anaları (VİDEO)

2017/11/1497346678_3_15091837422423432_1510233693.jpg
Oxunub: 514     17:18     09 Noyabr 2017    
"Vigen Sarkisyan orduda dəyişikliklər etməzdən öncə yaxşı olardı ki, özü orduda xidmət etsin. Orduda xidmət etməyən insan ordu üçün heç bir yaxşı şey edə bilməz. O, öz “islahatları” ilə yalnız Ermənistanın boşalmasına xidmət edir".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumət binası qarşısında toplaşan sülh şəraitində həlak olmuş hərbi qulluqçuların valideynləri bildiriblər.

Onların sözlərinə görə, tələbələrin möhlət hüququ üçün mübarizəsi ədalətlidir.

"Möhlət hüququ mütləq olmalıdır. Artıq çoxdandır ki, bu ordu deyil. Özbaşınalıq olan yerə ağıllı gəncləri göndərmək əvəzinə qoy deşiklərə soxulmuş, barlarda gizlənmiş “oliqarx və vəzifəli şəxslərin tulalarının” orduya çağırılması üçün başqa mexanizmlər hazırlasınlar. O yerdə ki, əsgəri öldürür, cərəyana verir və təcavüz edirlər ora ordu sayıla bilməz. Bu özbaşınalıqdır... Serj Sarkisyanın əl oyuncağı olan Vigen Sarkisyanın rəhbərliyi altında özbaşınalıqdır” – deyə etiraz edən əsgər anaları qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-ordusu   Etiraz   Hərbi-xidmət  

Xəbər lenti

"O yerdə ki, əsgəri öldürür, cərəyana verir və təcavüz edirlər ora ordu sayıla bilməz" - Erməni əsgər anaları (VİDEO)

2017/11/1497346678_3_15091837422423432_1510233693.jpg
Oxunub: 515     17:18     09 Noyabr 2017    