“Çin və ABŞ üçün yeganə düzgün seçim kooperasiyadır” - Tsinpin

2017/11/136191035_1491570334366_title0her34543_1510217318.jpg
Oxunub: 217     12:47     09 Noyabr 2017    
Tramp Şi Tsinpinə KXDR probleminin həll edilə biləcəyini bildirib.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Pekin görüşü zamanı çinli həmkarına KXDR probleminin həllinin mümkün olduğunu bəyan edib.

Öz növbəsində çinli lider Pekin və Vaşinqton münasibəltərinin “sülhün, stabilliyin və bütün dünyada inkişafın” əldə olunması baxımından mühüm olduğunu vurğulayıb. “Çin və ABŞ üçün yeganə düzgün seçim kooperasiyadır”, - deyə Tsinpin əlavə edib.

Şi Tsinpin həmçinin Trampla Əfqanıstan və Koreya yarımadası üzrə koordinasiyanın gücləndirilməsi, eləcə də, Çin-Amerika münasibətlərinin inkişafını stimullaşdırmaq barədə razılığa gəldiyini qeyd edib.

Əlavə məlumat üçün bildirək ki, noyabrın 7-də ABŞ prezidenti Seulda çıxış edərkən Rusiya və Çini Şimai Koreya ilə diplomatik və iqtisadi əlaqələri kəsməyə səsləyib. O, həmçinin Vaşinqtonun Pxenyana nüvə silahına sahib olmağa icazə verməyəcəyini bəyan edib.

Ağalar Qəribov
Ordu.az

Teqlər: KXDR   ABŞ  

Xəbər lenti

“Çin və ABŞ üçün yeganə düzgün seçim kooperasiyadır” - Tsinpin

2017/11/136191035_1491570334366_title0her34543_1510217318.jpg
Oxunub: 218     12:47     09 Noyabr 2017    