Minsk-Bakı oxunda “Polonez” dəqiqliyi: Sarkisyanın “İskəndər-E” eyforiyasına son - ANALİZ

2017/11/maxresdefault353453_1510048354.jpg
Oxunub: 2218     14:08     07 Noyabr 2017    
Belarus istehsalı, yeni idarəolunan reaktiv yaylım atəşi sistemi “Polonez” 300 kilometr məsafdə yerləşən hədəfləri məhv edə bilir. Bu, cari ilin oktyabrının 26-da Qomel vilayəti ərazisində keçirilən atəş sınaqları nəticəsində də təsdiqləndi. Bununla da, Belarus hərbi-sənaye kompleksi növbəti dəfə dünya standartlarına uyğun silah yaratmaq bacarığını nümayiş etdirdi.

2016-cı ildə Belarus Silahlı Qüvvələrinin arsenalına reaktiv yaylım atəşi sistemi “Polonez”in qətiyyətlə qəbul edilməsi, ordunun Rusiya istehsalı olan “İskəndər-E” (280 kilometrə qədər zərbə məsafəsinə malikdir) operativ-taktiki raket kompleksləri ilə təchiz edilməsi barədə bütün suallara aydınlıq gətirdi. “Polonez” və “İskəndər-E” fərqli raketlərə, tuşlama sistemlərinə və döyüş hissələrinə malik olsa da Avropa hərbi əməliyyatlar teatrı üçün Belarus reaktiv yaylım atəşi sistemilərini rus operativ-taktiki raket kompleksləri ilə bir sıraya qoymaq olar. Bu sistemlərin qarşılıqlı şəkildə tapşırıq və vəzifələrin yerinə yetirilməsində bir-birini tamamlaması, həm Belarus Respublikasının müdafiə planına, həm də Rusiyanın maraqlarına daxildir.

Məsələn, Rusiya “İskəndər-M” komplekslərini artıq Kalininqrad vilayətinə yerləşdirib və bu raketlər Polşa ərazisində (ilk növbədə komandanlıq nöqtələrinə, Redzikovoda yerləşən ABŞ raket əleyhinə müdafiə sistemlərini, həmçinin hava hücumundan müdafiə sistemlərini) yerləşən hərbi obyektlərə cərrah dəqiqliyi ilə zərbə endirə biləcəklər. 500 kilometr məsafədə yerləşən obyektlərə endirilmiş zərbələr isə, böyük dəqiqliklə oxşar obyektləri məhv etməyə imkan verəcək. Bundan başqa, “İskəndər-M”in uçuş traektoriyası Polşa silahlanmasında olan raket əleyhinə və hava hücumundan müdafiə sistemləri tərəfindən dəf edilməsinin çəkinliklərindən danışmağa da imkan verir.

Qeyd edək ki, Avropa hərbi əməliyyatlar teatrı şəraitində zərbəsi idarəolunan “Polonez” raketi effektivliyinə görə, “nöqtə zərbə” silahlı qismində istifadə edilən , daha dar məqsədlər üçün və daha baha qiymətə malik “İskəndər-M” operativ-taktiki raket kompleksinin imkanlarını bir neçə dəfə üstələyəcək. Həmçinin, bu reaktiv yaylım atəşi sistemi sürətlə inkişaf edən ABŞ raket əleyhinə müdafiə sistemlərinə qarşı Şərqi Avropada daha vacibdir. Eləcə də, 300 kilometr məsafədə yerləşən hərbi obyektləri, praktik olaraq “yer üzündən silməyə” imkan verəcək.

Belə ki, Belarus sərhəddində hərbi infrastrukturun yerləşdirilməsi NATO-nun üzvü olan ölkələrin ordu birləşmə və hissələrində operativ hazırlığın yüksəldilməsi planına uyğun olaraq həyata keçirilir. Bu plan çərçivəsində idarəetmə məntəqələrinin, komanda və rabitə mərkəzlərinin, aerodromların, hərbi hava qüvvələri nin ön komanda məntəqələrinin və daimi bazaların, quru qoşunlarının və hərbi dəniz donanmalarının yerləşdirilməsinə xüsusi diqqət ayrılır. Hərb elmi çərçivəsində bütün qeyd edilənlərin ümumi adı “hərbi əməliyyatlar teatrının operativ təchizatı”dır.

Hipotetik qarşıdurma zamanı Belarus “Polonez”lərinin hədəfinin Minsk-Mazovetskiy, Demblin (Polşa), Zoknyay (Litva), Rezekne və Lielvarde (Latviya) aviabazaları olacağı mümkündür.Belarus milli istehsalı olan “Polonez” sistemlərinin xarakteristikası “Smerç” reaktiv yaylım atəşi sistemi üçün belə əlçatmayan geniş əraziləri atəşlə örtməyə imkan verir. Yeri gəlmişkən, Belarus hərbi hava qüvvələrinin və hava hücumundan müdafiə qoşunlarında istifadədən çıxarılan Su-24 bombardmançılarının əvəzinə özünəməxsusluğu ilə fərqlənsə də, “Polonez”ləri onların əvəzedicisi hesab etmək olar. Qeyd etmək lazımdır ki, NATO-nun çevik hərəkət birlikərinin komanda məntəqələri, Alyansın ordu birləşmələrini yerləşdirə bilməsinin mümkün olduğu Nova-Demba, Yelk (Polşa), Rukla və Pabrade (Litva) poliqonları da, həmçinin Belarus raketlərinin zərbə məsafəsi daxilindədir.

Yuxarıda göstərilən sxemə uyğun olaraq 200 və 300 kilometr məhvetmə radiusu olan “Polonez”-in atəş imkanları əməliyyat dərinliyində yerləşən düşmən obyektlərini dəqiq izləməyə və məhv etməyə imkan verir. Bu komplekslərin özlərinin hava hücumundan müdafiəsini isə, Belarusun şimal-qərb rayonlarında yerləşən S-300 zenit raket kompleksləri vasitəsilə həyata keçirmək mümkündür.

Qeyd edək ki, ötən ayın əvvəlində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasında rəsmi səfər edib. General səfər zamanı bir sıra önəmli görüşlər keçirib, ölkələrimiz arasında hərbi əməkdaşlığa dair qarşılıqlı maraq doğuran məqamları müzakirə edib.

Müdafiə nazirinin Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisəni və hərbi poliqonu ziyarət etməsi diqqət çəkib. Belə ki, Azərbaycanın nümayəndə heyəti Belarusun hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanış olub, ordumuzun silah arsenalını gücləndirə biləcək silah və texnika ilə yaxından maraqlanıb. General səfər zamanı məhz “Polonez”ə baxış keçirib.

Xatırladaq ki, bundan öncə də Azərbaycanın “Polonez” kompleksinin sifarişçisi olduğu bildirilirdi. “Polonez”in ilk xarici nümayişi də ölkəmizdə olub. Uzun mənzilli reaktiv yaylım atəş sistemi keçən il ölkəmizdə keçirilən “ADEX-2016” sərgisində nümayiş etdirilib. Bundan sonra Belarus tərəfi Azərbaycanla "Polonez" raket kompleksinin alqı-satqısına dair razılıq əldə olunduğunu açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Polonez   Minsk   Bakı  

Xəbər lenti

Minsk-Bakı oxunda “Polonez” dəqiqliyi: Sarkisyanın “İskəndər-E” eyforiyasına son - ANALİZ

2017/11/maxresdefault353453_1510048354.jpg
Oxunub: 2219     14:08     07 Noyabr 2017    