100 milyon dollara “strateji çəkindirmə” silahları əldə etmək olarmı? – Hərbi ekspert (ANALİZ)

2017/11/23283473_1474596829325598_1409965296_n23423_6039150684.png
Oxunub: 1197     13:54     04 Noyabr 2017    
Bir neçə gün öncə, Ermənistan müdafiə naziri Vigen Sarkisyanın Rusiyadan əldə ediləcək 100 milyon dollar kredit hesabına “strateji çəkindirmə” silahları barədə sərsəm fikirlər səsləndirməsi və bunun bir çox kütləvi informasiya vasitələrində işıqlandırılması ironiya ilə qarşılandı. Nəticədə, erməni nazirin cəfəng fikirləri geniş müzakirələrə səbəb oldu.

Erməni nazirin diqqətinə çatdıraq ki, nüvə silahının əldə olunması, saxlanılması və istifadə olunması üçün lazımi şəraitin yaradılması üçün, Ermənistan bu ilki 440 mln dollarlıq hərbi büdcəsinin üzərinə, gələn il üçün 517 mln dollarlıq büdcəsini və Rusiyadan əldə ediləcək cəmi 300 mln dollar məbləğində olan kreditlərini də əlavə etsə belə yetərli rəqəm ortaya çıxmayacaq. Faktiki olaraq, Vigen Sarkisyanın nüvə silahına sahib olmaq üçün lazım olan infrastrukturun dəyərindən, o cümlədən Rusiyanın 2015-ci ildən etibarən söz verdiyi 200 milyon dollarlıq kreditdən 2 ilə cəmi 40 milyon dollar ekvivalentində ikinci kateqoriya aid silah-sursat göndərməsindən xəbəri yoxdur. Görəsən, həqqətən də Ermənistan müdafiə nazirliyində Sarkisyana “İskəndər” OTP-nin 12 qurğuluq briqadasının 300 mln, “Smerç” RYAS-nin 12,5-22 mln (mərmisinin bir ədədinin 35 min), S-300 ZRK-nin bir divizionunun 120 mln (5 ədədi 600 mln), TOS-1A”Buratino” 6 mln, M-35 helikopterinin 9 mln ABŞ dolları olduğunu xatırladacaq hərbi təhsilli şəxs yoxdur?

Nüvə arsenalının saxlanılmasına real imkanı olan və büdcəsi Ermənistan büdcəsindən 50-100 dəfə çox olan dövlətlər belə, bu cür bəyanatlar səsləndirmir. Məsələn, ABŞ nüvə arsenalının saxlanılmasına və yenilənməsinə ildə 40 milyard dollar vəsait xərçləyir. Yaxın 30 il üçün isə, 1 trln dollar xərcləməyi nəzərdə tuturlar. Məsələ nüvə silahının yaradılmasından deyil, onun saxlanılması və modernləşdirilməsindən gedir.

Ermənistan Rusiyadan aldığı qəpik-quruş borcla nə ala bilər?

Bildiyimiz kimi, strateji çəkindirmə qüvvələri havadan, dənizdən və qurudan (bəzən triada-yəni nüvə üçlüyü adlandırılır) düşmənə zərbə endirə bilər. Düşmənin dəniz sərhədinin olmadığını nəzərə alarsaq, bu mövzuya toxunmayacağıq.

İlk öncə, Ermənistanın dövlət büdcəsini nəzərdən keçirsək görərik ki, havadan zərbə endirmək üçün, düşmən ABŞ-dan 2,13 milyard dollarlıq B-2 “Spirit” sistemi ala bilməz. Doğrudur, gülünc görünür. Amma, Ermənistanın ümumi büdcəsinin 2,6 milyard dollar olduğunu nəzərdən keçirsək, o zaman bir il ərzində düşmən ölkənin nəfəs almadan yalnız bir B-2”Spirit” əldə edə biləcəyini görərik.

Hərbi kredit çərçivəsində isə, Ermənistan 110-250 milyon dollara bir ədəd Tu-160 ala bilər. Vəd edilən 300 milyon dollardan cəmi iki ilə 40 milyon ayrılırsa, bu sürətlə 12 ildən sonra sadəcə bir stateji bombardmançı təyyarəyə sahib ola bilərlər. Yox, əgər Rusiya 12 il ərzində borcunu və faizlərinı tələb edərsə, o zaman heç də yüksək medallarla təltif olunan “ulduz” Kim Qardaşyan da Ermənistana yardım edə bilməyəcək. Düşmən, Tu-160 əvəzinə L-29 tipli təlim təyyarəsi ala bilər.

Deyək ki, Rusiyanın Ermənistana yazığı gəldi və “çoxəzablı” erməni xalqına tullantı əvəzinə bir ədəd Tu-160 və ya Tu-95 verdi (bizdən fərqli olaraq, ermənilərə kreditlə satılmayan köhnə modellər təqdim olunur. Sarkisyan rejimi bunu yaxşı anlasa da, reaksiya göstərə bilmir). Lakin, bu tip təyyarələrin enib qalxması üçün xüsusi zolaqlara və aerodromlara ehtiyac var. Uçuş zolağından qalxana qədər Ermənistan ərazisi bitəcəksə, 20000 metrlik normal üçüş yüksəkliyini bu təyyarə harada əldə edəcək? Döyüş radiusu 7300 kilometr olan təyyarə hansı ərazidə geriyə dönüş edəcək? Xidmət edəcək personal, pilot heyəti, xidmət sahələri, anqar və s. barədə hələ ki, susuram.

İndi isə, quruda yəni mobil və şaxtalarda stasionar halda yerləşdirilən çəkindirmə silahlarına keçək.

Burada da, əsasən ABŞ və Rusiya yükək rola malikdir. ABŞ-ın nüvə silahı ilə bağlı Şimali Koreya və İrana qarşı tutduğu mövqe hər kəsə bəllidir. Ermənistan istəyərsə, təbii ki, o siyahıya daxil ola bilər.

Rusiya isə, hal-hazırada şəxsi təhlükəsizliyini təmamilə qoruyacaq qədər yeni ballistik raketlərə malik deyil. Çünki, keçmiş SSRİ-də bir çox nüvə daşıyıcı raketlərin əsas istehsal zavodları Ukrayna ərazisində qurulmuşdu. Ukrayna ilə Rusiyanın münasibətləri isə, 2014-cu ildən etibarən rəsmi olaraq dondurulub.

Rusiyada silahlanmada olan “Yars”, “Stilet” və “Voevoda”(Satana) raketləri öz xidmət müddətini (Ermənistanda olan “Skad”-lar kimi) çoxdan başa vurublar. Yeri gəlmişkən “Voevoda” (Satana-1) tam Ukrayna istehsalıdır. Məsələn, bu gün silahlanmada olan “Topol” raketlərinin xidmət müddəti 10 il olmasına baxmayaraq, 31 ildir ki, döyüş növbətçiliyində istifadə olunur.”Stilet”lər isə 40 illik yubileylərini uğurla qeyd etdilər. Hazırda, Rusiya bu sistemlərin təlimdə belə təhlükəli olduğunu nəzərə alaraq, onun istifadəsini dayandırıb. Rusiya, məhz istifadə müddəti bitmiş raketlərdən Ermənistana pulsuz verə bilər. Çünki bu raketlərin məhv edilməsi də bahalı məşğuliyyətdir. Digər tərəfdən, Rusiya 40 illik qocaman raketlərdən birini öz forpostlarına vermədən öncə, özü üçün yeni modelin seriya istehsalına başlamalıdır. Bu istehsal isə, hər il ləngiyir.

1949-cu ildən etibarən Rusiyanın əlində ciddi nüvə arsenalı var. Bu arsenal Vyetnamda (1961-1973-cü illər), Əfqanistanda (1977-1988-ci illər), Yuqoslaviyada (1999-cu il) heç nəyi həll edə bilmədi. Misir nüvə silahı olan İsraili 1991-ci ildə bombaladı. Hindistan və Pakistan arasındakı münaqişə vəziyyətinə də nüvə silahı həlledici təsir göstərə bilmədi. Əgər çəkindirmə silahı bu qədər nəhəng nüvə dövlətlərinin maraqlarını tam qoruya bilmirsə, kiçicik Ermənistan barədə danışmaq belə mənasızdır.

Dünyada nüvə nəhəgləri rəsmən ABŞ və Rusiya, ardıcıl olaraq İngiltərə, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya və İsrail kimi ölkələr qəbul edilir. Ermənistanın ordu rəhbərliyi isə, özünü dünyada kloun vəziyyətinə qoymadan öncə yaxşı olardı ki, yuxarıda sadalanan dövlətlərin hərbi potensialını öz imkanları ilə müqayısə etsin. O zaman, bəlkə vəziyyətin nə qədər acınacaqlı olduğunu anlayar. Dünyada qəbul edilən, lakin yazılmayan nüvə kosepsiyası isə, belə səslənir: “kim birinci nüvə silahından istifadə edirsə, o ikinci ölür”. Maddi imkan olmadığı halda ikinci ölmək də bahalıdır. Seçim sizindir...

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər:

Xəbər lenti

100 milyon dollara “strateji çəkindirmə” silahları əldə etmək olarmı? – Hərbi ekspert (ANALİZ)

2017/11/23283473_1474596829325598_1409965296_n23423_6039150684.png
Oxunub: 1198     13:54     04 Noyabr 2017    