1-ci nəsildən 6-cı nəsilə doğru: Qırıcı aviasiyanın inkişaf tarixi – ARAŞDRIMA (FOTOLAR)

2017/11/618f3f9eeb69e01d87492cb758531034234234_1509619142.jpg
Oxunub: 766     14:24     02 Noyabr 2017    
Bu gün döyüş aviasiyası silahlı münaqişələrin nəticələrini həll edən əsas faktorlardan biridir. Yaxın gələcəkdə də bu belə olacaq. Qarşıda baş verəcək müharibələr zamanı döyüş aviasiyası baxımından, müasir və sayca üstün olan tərəf qələbə çalacaq. Döyuş aviasyasının əsas komponentlərindən biri də qırıcı təyyarələrdir.

Qırıcılar texniki uçuş xassələrinə görə, bir neçə nəsilə bölünür. Bu gün 5 nəsil qırıcı mövcud olsa da, sonuncu nəsil qırıcıların seriya istehsalını, yalnız ABŞ təşkil edə bilib. Bu baxımdan, ABŞ-ın liderliyi aşkardır. Hazırda, Rusiya, Çin və Yaponiya da yeni nəsil qırıcıların yaradılması istiqmətində çox aktiv işlər aparır. ABŞ-da 6-cı nəsil qırıcıların yaradılması istiqamətində gedən işlər isə, 20 ilə yaxındır davam edir.

Qeyd etmək lazımdır ki, bir çox ölkələrin HHQ-ləri 4-cü nəsil qırıcılarla da müasir müharibə və konfliklərdə üzərlərinə düşən vəzifələri uğurla icra edə bilirlər. Bəzi hərbi büdcəsi zəif olan ölkələr hələ də daha əvvəlki nəsil təyyarələrdən istifadə edir. Bəzən, KİV-lərdə 6-ci nəsil qırıcıların layihələndirilməsi barədə materialları, bəzən isə fotolarını dərc edirlər. O cümlədən, Pentaqon və ya Rusiyanın MN-nin yüksək çinli məmurlarının bu barədə açıqlamaları da dərc edilir. Bu təyyarələr haqqında məlumatlarda, onların hipersəs sürət, süni intellekt, stels texnologiya və lazer silahı kimi xassələrə malik oladuğu mütləq göstərilir. Lakin, bir suala cavab dəqiq verilmir. Altıncı nəsil təyyarələr nəyə lazımdır, hansı tapşırıqları həyata keçirəcək, hansı taktiki-texniki imkanlara malik olacaq?

Ümumiyyətlə, növbəti nəsil qırıcıların istehsalı dünya aviasiya elm və texnikasının inkişafı ilə birbaşa bağlıdır. Yeni nəsil təyyarələr daha geniş döyüş imkanlarına malik olur ki, bu da düşmən üzərində havada yeni taktiki üsullardan istifadə etməklə üstünlüyü saxlamağa imkan verir. Yeni nəsil təyyarələrin işlənməsi bəzən oxşar texniki qərarların və yeni materialların tapılması ilə aparıcı dövlətlərdə eyni vaxtda paralel aparılır. Bu gün aviasiya texnologiyasının inkişafının bir neçə istiqamətini göstərmək olar. Lakin, onlardan hansı texnologiyaların yaxın illərdə insanlar üçün daha əlçatan olacağı sual altındadır.

Qeyd etmək lazımdır ki, yeni nəsil qırıcı təyyarə yaratmaq və istehsal etmək ağlasığmaz dərəcədə çox bahalı məşğuliyyətdir. Məsələn, bir ədəd B-52 “Spirit” təyyarəsi bütün digər məsrəflərlə 2,1 milyard dollara başa gəlib. 5-ci nəsil F-22 ”Raptor” qırıcılarının dəyəri 146,2 milyon, digər xərclərlə 411 milyon (bəzi mənbələrdə 350 milyon), yaradılma proqramı isə, 67 milyard dollara başa gəlib. Bir saat havada qalan F-22 ”Raptor” dövlətə 44000 dollara başa gəlir. Belə bir məsrəflərı qarşılayacaq ölkələrin sayı isə, çox məhduddur. ABŞ-da hal-hazırda 187 belə təyyarə var.

İndi isə, dünyanın müxtəlif ordularında istfadə olunan qırıcıların 5 nəsli ilə tanış olaq.

Birinci nəsil, 40-cı və 50-ci illərdə istehsal olunan reaktiv qırıcılardır. Sürətləri səs surətindən aşağı, radarsız, tək radionişangahla təchiz olunmuş təyyarələr olub. Ən xarakterik cəhətləri onlarn düz qanadlı olmalarında idi. Bu nəslin geniş yayılmış və müharibələrdə istifadə edilən modelləri arasında Messerchmitt Me262, De Havilland DH.100 Vampire, Yak-15, Miq-9 və s. göstərmək olar.

İkinci nəsil qırıcılar, 50-ci illərin sonu 60-cı illərin əvvəllərində yaradılıb. Bunların xarakterik xüsusiyyətlərinə səs sürətinə yaxın sürət, radar, dəyişən qanadlar, forsaj kameralı yeni mühərrik, əhəmiyyətli dərəcədə yüksəklikdə uçuş həyat keçirə bilmə imkanları daxil idi. Bu nəslin tanınan nümayəndələrindən MİQ-15, MİQ-17, F-86 Saber, Dassault MD-454 Mystère IV qırıcılarını göstərmək olar. Bu tip təyyarələr 70-ci illərdə də istifadə olunurdu.

Üçüncü nəsil qırıcılar, artıq səs sürətindən yüksək sürətlə (2 maxa qədər) uça bilirdi. Bu qırıcıların, “hava-hava” raketləri ilə təchiz olunmaqla yanaşı, turboreaktiv mühərrik və forsaj kameraları da yeniləndi. Bu nəsli çoxfunksiyalı təyyarə də adlandırırlar. Bu nəslin tipik nümayəndələri arasında MİQ-21 , Miq-23, Mirage F1 və Viggen daha çox tanınan təyyarələrdir.

Dördüncü nəsil, qırıcılara keçıd 70-ci illərin ortalarında baş verən inqilabi-texnoloji yeniliklərlə bağlı idi. Bu tip qırıcılar qənaətcil ikidövrəli mühərriklə, idarəolunan silahlarla, daha yüksək manevr imkanları ilə seçilirdi. Bu nəslin ilk nümayəndəsinin seriya istehsalı olan F-15 ABŞ-da istehsal olundu. İlk dəfə 1982-ci ildə Livanda özündən əvvəlki 3-cü nəslə aid qırıcılardan daha geniş imkana malik olduğunu nümayiş etdirdi. Sovetlər F-15 və F-16-lara cavab olaraq tez tələsik MiQ-29 və Su-27 qırıcılarının hazırlanmasına start verdilər. Daha sonralar isə yuxarıda gostərilən 4 modelin yenilənmiş variantları istehsal olundu və “4+ nəsil” kimi adlandırıldı.

Beşinci nəsil qırıcıların istehsalına isə, 80-ci illərdə başlanıldı. Bu nəsil təyyarələr stels texnologiya ilə, aktiv fazalı radarla, təyyarə və silahların yeni intellektual idarəetmə sistemilə təchiz olunmalıdır. Yüksək manevr qabiliyyəti, forsaj vermədən səsdən yüksək surəti toplaya bilməsi, öncəki modellərdən tam fərqli cəhətləridir.

SSRİ-nin dağılması amerikanların bu istiqamətdə daha çox irəlləməsinə səbəb oldu. Bu gün, iki seriya 5-ci nəsil istehsalı olan qırıcılar var: F-22 Raptor (2005-ci il) və F-35 Lightning II (2015-ci il). Hər iki model ABŞ-a məxsusdur. Rusiyada isə, 29 yanvar 2010-cu ildə Su-57 qırıcılarının ilk nümunəsi (7 ilə 7 ədəd Su-57 istehsal olunub) havaya qalxdı. Onun, bu ilin son kvartalında bitməli olan sınaqları, hələ də bütövlükdə bitməyib. Hindistan isə, bu günlərdə verdiyi sifarişlərdən imtina etdiyini açıqladı. Hazırda, Rusiya ilə yanaşı, Çin və Yaponiya da beşinci nəsil qırıcılar üzərində işləyirlər.

“Boeing” şirkəti 1996-cı ildə altıncı nəsil qırıcıların hazırlanması proqramı çərçivəsində “Bird of Prey” (Yırtıcı Quş) modelinin sınaq uçuşlarını həyata keçirdi. Bu təyyarənin əsas təyinatı radiokölgəni önləmək, korpusun həndəsi konsepsiyasını dəqiqləşdirmək, üzləmədə istifadə olunan aktiv kamuflyajın keyfiyyətini yoxlamaqdan ibarət idi. Məlumat üçün bildirək ki, aktiv kamuflyaj xüsusi örtük materialıdır, radiodalğaları uda bilir, xarici təsir və şəraitə görə rəngini və əks etdirmə bacarığını dəyişə bilir. Bu məsələləri araşdırmaq üçün, cəmi 39 sınaq uçuşu həyata keçirildi. 1999-cu ildə bu proqram tam dayandırıldı və 2002-ci ildə nəticələr məxfilik qrifindən azad edildi.

2016-ci il iyunun 27-də ABŞ-nın Ohayo ştatının Cincinnatı Universitetində maraqlı eksperiment keçirildi. HHQ-nin təcrübəli pilotu, polkovnik Cinn Li ilə kompyuter aviasiya stimulyatorunda qarşılaşdılar. Təcrubəli pilot bir dəfə də olsun qalib gələ bilmədi. Eksperimentdən sonra, polkovnik elektron rəqibin daha çevik reaksiya verdiyini, həmişə aqressiv və effektiv döyüş taktikasını nümayiş etdirdiyini qeyd etmişdi. Bütün bu faktlar göstərir ki, insan bəlli miqdar informasiyanı analiz edə bilir.

Bu baxımdan, altıncı nəsil qırıcılar barədə deyəcəklərimiz, Hollivud filmlərindəki “ulduz müharıbələrində” gördüklərimizdən çox da fərqlənməyəcək. Təbii ki, forsajsız hipersəs sürət, pilotu əvəz edəcək süni intellekt, lazer başlıqlı özütuşlanan silah sistemləri, stels materiallardan istifadə, yeni tip mühərrik (idarə olunan çüc vektoru radarlara görünməməyə imkan verəcək) və s. əsas meyarlar olaraq qalacaq. Lakin, belə yüksək hündürlükdə və sürətlə manevr etmə insan orqanizminin imkanları daxilində ola bilməsı hələ də sual altındadır. O zaman süni intelekt məsələsi və təyyarənin insan tərəfindən məsafədən və yaxud da robot tərəfindən idarə oluna biləcəyi daha inandırıci görünür.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Qırıcı   ABŞ   Rusiya  

Xəbər lenti

1-ci nəsildən 6-cı nəsilə doğru: Qırıcı aviasiyanın inkişaf tarixi – ARAŞDRIMA (FOTOLAR)

2017/11/618f3f9eeb69e01d87492cb758531034234234_1509619142.jpg
Oxunub: 767     14:24     02 Noyabr 2017    