Dünya ballistik kölgə altında: ABŞ-Rusiya strateji nüvə sınaqları qlobal böhranı dərinləşdirir – ANALİZ

2017/10/abskesfiyyat435345345_4528100118.jpg
Oxunub: 456     16:17     30 Oktyabr 2017    
Daha öncə bildirdiyimiz kimi, 26 sentyabr 2017-ci il tarixdə Rusiyanın strateji nüvə qüvvələrinin kompleks təlimləri keçirildi. Təlimlərdə Rusiya Federasiyasının pezidenti və Müdafiə Nazirliyinin yüksək rütbəli şəxsləri iştirak etdi.

Rusiya Federasiyası prezidentinin mətbuat xidmətinin rəhbəri Dimitri Peskovun verdiyi məlumata görə, prezident Vladimir Putin şəxsən 4 ədəd ballistik raket buraxılışını həyata keçirib. Bu təlimlər başa çatdıqdan 3 gün sonra, Pentaqon rəhbərliyi strateji nüvə qüvvələrinin “Global Thunder” (Qlobal şimşək) adlı təlimlərinin başlanması ilə bağlı Rusiyaya xəbərdarlıq edir. Bu xəbərdarlıq 8 aprel 2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedev və ABŞ prezidenti Barak Obama arasında imzalanan CНВ-3 (START-3) müqaviləsinin tələblərinə uyğun həyata keçirilib.

Təlimlər Strateji Komandanlığa (USSTRATCOM) tabe olan bütün nüvə qüvvələrinin cəlb olunması ilə, əməliyyat və döyüş hazırlığının qiymətləndirilməsi məqsədilə keçirilir. Təlimin rəhbəri ABŞ Strateji Qüvvələr Komandanı HHQ generali Con Qiten qeyd edib ki, bu təlimlər Strateji qüvvələri dünyanın istənilən yerində, istənilən zamanda imkanlarını birləşdirməyə şərait yardacaq.

Hər il keçırılən “Qlobal Thunder” təlimlərində əvvələr adətən, kosmik qüvvələrin, zərbə endirəcək sistemlərin və hava hücumundan müdafiə vasitələrinin, kəşfiyyat və müşahidə sistemlərinin hazırlığı ilə paralel olaraq kiber imkanları da öyrənilirdi. Bu dəfə isə, keçiriləcək təlimlərin proqramı ilə bağlı detallı məlumatlar açıqlanmır.

Yaxın keçmişdə baş verənləri araşdıraraq, bu təlimlərin mahiyyətinə aydınlıq gətirməyə çalışaq.

İlk öncə qeyd edək ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo Yaponiya və Cənubi Koreyaya səfər edərək, oradakı rəsmilərlə mətbuata geniş açıqlanmayan bir sıra görüşlər keçirdi. Bu görüşlərdən bir müddət sonra, Pompeo KXDR ilə nüvə müharibəsinə hazir olmaq üçün, həm Pentaqona, həm də Ağ Ev rəhbərliyinə çağırış etdi.

Yaxın zamanlarda Cənubi Koreya, Yaponiya və ABŞ-a məxsus HHQ-nin birgə təlimləri, bu təlimlərdə nüvə silahı daşıyan bombardmançı aviasiyanın istifadəsi məqsədilə ABŞ-a məxsus Quam aviabazasından iki B-1B Lancer strateji bombardmançısının və dörd ədəd Lockheed Martin F-35 qırıcısının havalanması, Yaponiya və Cənubi Koreya HHQ-nin F-15 qırıcılarının amerikalı həmkarlarını havada dəstəkləməsi, ABŞ strateji bombardmançılarının Şimali Koreya infrastrukturunun çox vaçib obyektlərinə “nüvə zərbəsi” endirməsi yarımadadakı vəziyyətin nə qədər gərgin olduğundan xəbər verir. Bundan əlavə, sentyabrın 26-da ABŞ prezidenti D.Tramp “KXDR ilə müharibəyə hazırıq” açıqlamasıni verdi.

Bütün bu sadalanan faktorlar, “Qlobal Thunder” təlimlərinin əsas mövzusunun KXDR ərazisinə endiriləcək zərbələrin ssenarisini hazırlanmasından ibarət olacağından xəbər verir. Hal-hazırda ABŞ və KXDR arasında söz dueli davam edir. Bu təlimlərin də real əməliyyatlara çevrilmə şansı yoxdur. Ən azından 8 noyabrda ABŞ prezidentinin Çinə səfəri başa çatana qədər gözləməliyik.

Hərbi Ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: ABŞ   Rusiya   Nüvə-böhranı  

Xəbər lenti

Dünya ballistik kölgə altında: ABŞ-Rusiya strateji nüvə sınaqları qlobal böhranı dərinləşdirir – ANALİZ

2017/10/abskesfiyyat435345345_4528100118.jpg
Oxunub: 457     16:17     30 Oktyabr 2017    