ABŞ Müdafiə elmi araşdırmalarının inkişafı agentliyi - DARPA

" class="img-responsive" style="max-width: 640px; margin: 0 auto;" alt="">
Oxunub: 417     14:45     28 Oktyabr 2017    
ABŞ-ın Müdafiə nazirliyinin tərkibində olan, Müdafiə elmi araşdırmalarının inkişafı agentliyi DARPA (Defense Advanced Research Projects Agency ) Silahlı Qüvvələrdə yeni texnologiyaların işlənməsinə və tətbiqinə cavabdeh qurumdur.

DARPA, 1957-ci ildə oktyabrın 1-də Sovetlər tərəfindən kosmosa ilk dəfə süni peykin göndərilməsindən cəmi bir il sonra yaradılıb. Qurunmun yaradılışına qədər, ARPA ( Advanced Research Projects Agency) formalaşdırıldı. Qurumun vəzifəsi, yaradıldığı gündən hərbi sahədə ABŞ üçün gözlənilməz texnologiyaların meydana gəlməsinin qarşısını almaq olub. Daha sonra, ARPA daha da inkişaf etdirilərək DARPA qurumunu formalaşdırdı.

Nəticədə, DARPA-ya ABŞ Silahlı Qüvvələrinin dünyada texnoloji üstünlüyünü qoruyub saxlamaq, hərbi sahədə sıçrayış və inqilab edə biləcək qabaqcıl texnologiyalar və ideyalar formalaşdırmaq, fundamental tədqiqat və araşdırmaların nəticələrini Silahlı Qüvvələrdə və digər əlaqəli qurumlarda tətbiq etmək kimi strateji əhəmiyyətli vəzifələrin yerinə yetirilməsi kimi bir sıra vəzifələr həvalə olundu. Hazırda, DARPA-nın mənzil qərargahı Virciniya ştatının Arlinqton şəhərindədir. Agentlik 7 bölməyə malik olmaqla, ştat üzrə, 240 nəfər əməkdaşa malikdir ki, onun da 140 nəfəri texniki heyətdir.

Adaptiv idarəetmə bölməsi - universal proqram platformalarının və çoxfunksiyalı informasiya sistemlərinin yaradılması sahəsində araşdırmalar aparır;

Müdafiə araşdırmaları bölməsi - fundamental fizika sahəsində tədqiqatların aparılması, müasir texnika və texnologiyaların yeni prinsiplərlə qurulması, tətbiqi riyaziyyat və enerji sahəsində araşdırmalar aparır;

İnformasiya texnnologiyaları bölməsi - idarəetmə və monitorinqə aid informasiya sistemləri, yüksək surətli hesablama, intellektual analiz, obrazların tanınması sistemi, avtomatik tərcümə sistemi sahəsində tədqiqatlar aparır;

Mikrosistem texnologiyaları bölməsi - elektronika texnologiyası, fototexnika, mikromexaniki sistemlər, inteqrasiya olunan mikrosxem və alqoritmlərin perspektivlərini araşdırır;

Strateji texnologiya bölməsi - informasiya şəbəkələrinin qorunması, kommunikasiya sistemlərinin və informasiya sistemlərinin kiber hücumlardan mühafizəsi, radioelektron mübarizə (REM), alternativ enerji mənbələri və enerjiyə qənaət sahəsində tədqiqatlar aparır;

Taktiki texnologiyalar bölməsi- yüksək dəqiqlikli silahların, yeni kosmik izləmə və idarəetmə sistemlərinin, lazer silahların hazırlanması, pilotsuz uçan aparatların yeni layihələrinin hazırlanmasını həyata keçirir;

Bioloji tədqiqatlar- mühəndis biologiyası, sintetik biologiya, gen terapiyası (süni insan xromosomunun daxildir), neyro elmlər sahəsində tədqiqatlar aparır.

Məlumatlara görə, “DARPA” illik 2,8 mlrd dollar budcəsi var. Bu isə, ABŞ-ın müdafiə xərclərinin 0,5%-dən az bir hissəsi deməkdir. ABŞ hərbi xərclərinin 2018-ci il üçün 640 mlrd dollar olduğunu nəzərə alarsaq, “DARPA”nın məsrəflərinin nisbətən kiçik bir vəsait olduğunu görə bilərik. Lakin, bu təşkilatın ABŞ üçün, xüsusilə Silahlı Qüvvələr üçün gördüyü işlərin əhəmiyyəti çox böyükdür. Bu agentlik olmadan ABŞ texnologiyasının hazırkı vəziyyətini təsəvvür etmək çətindir. İstənilən yeni silah sistemi və ya texnoloji kəşflərin altında mütləq DARPA-nın imzasına rast gələ bilərik.

Agentlik novator ideyalara və bu ideyaları həyata keçırəcək texniki heyətə malikdir. Əsasən 3-5 il davam edən qısa müddətli texnoloji layihələrə üstünlük verir. Layihələrın tədqiqatına, ABŞ Silahlı Qüvvələrində tətbiq olunma risklərinin səviyyəsi öyrənildikdən sonra start verilir.

Texnoloji layihələrin həyata keçirilməsi bir neçə mərhələdə baş verir:

Texnologiyanın tətbiq edilməsinin mümkünlüyünü nümayiş etdirmək üçün konstruktorların təcrübə hazırlıqlarının həyata keçirilməsi;

Eskiz layihəsinin hazırlanması, texniki əsaslandırma və layihələndirmə, nümunəvi prototipin istehsalı və sınaqdan keçirilməsi;

Kiçik sayda istehsal;

Hərbi təşkilatların ehtiyacına uyğun olaraq məhsulun kütləvi istehsalın həyata keçirilməsi.

DARPA-nın ABŞ Silahlı Qüvvələrində istifadə edilən texnologiyaların inkişaf etdirilməsində və tətbiq olunmasında əvəzsiz xidmətləri var. Bunların arasında şox sayda yüksək dəqiqlikli silahlar, stels texologiyalar, lazer sistemləri, müxtəlif kəşfiyyat və müşahidə vasitələri var. Mülki sahədə isə, Agentlik inteqral sxemlərin və yarımkeçirici cihazların, internet, kompyuterlərin qrafik interfeysinin, GPS sistemlərinin istehsalı və inkişafı ilə məşğul olur.

Yekun olaraq DARPA-nın, dünyada aparıcı texnologiyaların aparıcı sifarişçisi olmaqla yanaşı, kəşfiyyatçı, gözəgörünməz və xilasedici robotların, süni intellektin, biokompüterin və bir çox yeni texnologiyaların inkişafina yol açan bir elm nəhəngi olduğunu qeyd etməliyik. Belə bir elm mərkəzlərinin, hərbi institutlaşmaların ölkəmizdə də yaranması zəruridir.

Hərbi Ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: DARPA   ABŞ  

Xəbər lenti

ABŞ Müdafiə elmi araşdırmalarının inkişafı agentliyi - DARPA

" class="img-responsive" style="max-width: 640px; margin: 0 auto;" alt="">
Oxunub: 418     14:45     28 Oktyabr 2017    