“HEL-MD” lazer sistemləri dünya ordu arsenalına nələr vəd edir ? – Hərbi Ekspert

2017/10/boeing-laser2-735x413435345_1509014264.jpg
Oxunub: 541     14:47     26 Oktyabr 2017    
Yüksək enerji ilə qidalanan “HEL- MD” (High Energy Laser Mobile Demonstrator) lazer silah sistemləri yeni hərbi texnologiyalar sahəsində tədqiqatların və kəşflərin "qaynar" istiqamətidir. Bu sahədə “Lockheed Martin”, “Rheinmetall”, “Northrop Grumman” və “Boeing” kimi tanınmış şirkətlər araşdırma və tədqiqatlarla məşğul olur. Bu şirkətlərin son zamanlarda ən uğurlu ixtirası mobil lazer qurğusu olan “HEL-MD” (High Energy Laser Mobile Demonstrator) hesab olunur.

2011-ci ilin noyabrın 18-dən dekabrın 10-a qədər davam edən ilkin sınaq zamanı “HEL-MD” ( High Energy Laser Mobile Demonstrator) qurğusu uğurlu nəticələr göstərərək, havada hərəkətdə olan hədəfləri (bir neçə PUA və artilleriya mərmilərinin 90%-ni) uğurla həyata keçirib.

2014-cü ildə, Nyu Meksiko ştatının “White Sands” poliqonunda icra edilmiş lazer sisteminin aşağı və orta yüksəklikdə uçan yüksək sürətli hədəfləri məhv etmək qabiliyyətini nümayiş etdirməsi ilə bağlı sınaqları, 2011 və 2012-ci il sınaqları ilə demək olar ki, eyni şərtlər çərçivəsində həyata keçirilib. Lakin, 2012-ci ilin sınaqlarından fərqli olaraq, “HEL-MD” qurğusu tam kompleks şəklində - çalışan lazer, radar və avtomatik şüa tuşlama sistemi ilə çıxış edirdi.

Sınaqların əsas məqsədi, əvvəlki kimi lazerin güc göstəricilərini yoxlamaq deyildi. Əsas məqsəd, hədəfləri aşkaretmə, tutma, müşayət etmə və şüaları hədəfə avtomatik rejimdə yönləndirməkdən ibarət, kompozit radar sistemi olan “EMMR”ləri (Enhanced Multi Mode Radar) sınaqdan keçırmək idi. “Boeing” şirkətindən olan mühəndislərin dediklərinə görə, “HEL- MD”nin fərqli xüsusiyyəti, onun idarə olunmasının qeyri-adi bir sadəlikdə olmasındadır. Avtomobilin döyüş heyəti iki nəfərdən ibarətdir - sürücü və operator. Lazer qurğusunun idarəetməsi bir noutbuk və “X-Box” markalı joystick vasitəsilə həyata keçırılır. Qurğu qidalanma üçün lityum-ion batareyaları ilə təchiz edilib. “HEL-MD”in fasiləsiz enerji ilə zəmanətli təmin olunması üçün, əlavə dizel generatorundan (qidalandırıcıdan) istifadə edilir.

“HEL MD” göyərtəsində lazer silahı olan hava hücumundan müdafiə vasitəsidir. Lazer texnologiyalarının tədqiqatında təcrübəsi olan “Boinq” şirkətinin konsepti olan bu silah hava məkanında patrul xidmətinin təşkili, qorunması və düşmənə zərbə endirilməsi üçün nəzərdə tutulub. Xüsusi avtomatik qurğu vasitəsilə daim izləmə apararaq, istənilən anda operatorun göstərişi ilə 10 kilovatt gücundə olan lazer şüası vasitəsilə düşmənə hücum edir.

Lazer silahlarının tədqiqi zamanı, onların “yandırıcı”, “gözqamaşdıran”, “elektro-maqnit impulslu”, “qızdırıcı” və “proyeksiya”tiplərinə bölündüyü məlum olur.

2014-cü ilin sentyabrında, Florida ştatında keçırılən sınaqlarda “HEL MD” lazer döyüş silahları, konsepsiyasının gözəl imkanlarını bir daha göstərdi. Duman, külək və yağış şəraitində lazer döyüş vasitəsinin radarları 150 fərqli hədəfi uğurla izlədi . Hədəflər - 60 mm minaatan mərmilərindən və dronlardan ibarət idi. Bütün hədəflər lazer qurğusu tərəfindən məhv edildi. Yaxın gələcəkdə, artıq yüksək gücə malik döyüş lazer qurğularının yeni enerji və soyutma sisteminin sınaqları gözlənilir. Bu enerji sistemləri lazer üçün lazım olan yüksək enerjini hasil etmək üçün nəzərdə tutulur.

2017-ci ilin martinda “Lockheed Martin” şirkəti layihə gücü 60 kilovatt olan döyüş lazerini sinaqdan çıxardı. Sınaq zamanı, qurğunun ölçülən lazer şüasının gücü 58 kilovata bərəbər oldu. Bu sınaq ABŞ ordusu ilə bağlanılan müqavilə üzrə keçirilən sinaqların sonuncusu hesab edilir. Bu sinaqlar zamanı tətbiq olunan yeni texnologiya lazerin enerji israfını 50% azaltmağa imkan verdi.

Çoxfunksiyalı silah olan döyüş lazerinin müsbət cəhətlərindən birincisi, istənilən qədər atəş açmaq qabiliyyətində və çox sadə idarə olunmasındadır. Bunun üçün yeganə şərt, generatorun (qidalandırıcının) enerji təminatının fasiləsiz olmasıdır. İkincisi, düşmənə endirilən zərbələrin dəyərinin istənilən artilleriya zərbələrinin dəyərindən dəfələrlə ucuz olmasındadır. Üçüncüsü, atəş açılan ərazi tüstü və dumansız olduğu üçün ərazidə seçilmir. Dördüncüsü, dəqiqlik yüksək səviyyədədir və meteoşəraitə görə atəşə heç bir dəyişiklik tələb olunmur.

Bütün müsbət cəhətləri ilə yanaşı lazer silahlarının zəif cəhətləri də var. Birincisi, bu silahların böyük enerjiyə tələbatları var. Demək irihəcimli generatorlardan istifadə qaçılmaz və labüddür. Bu isə, sistemin manevretmə qabiliyyətinin aşağı düşməsinə səbəb olur. İkinisi, lazer silahlarından istifadə zamanı hədəflərin yalnız düz tuşlama üsulu ilə məhv edilməsidir. Bu da, lazer silahların quruda istifadəsini məhdudlaşdırır. Üçüncüsü, Lazer silahının effektiv zərbə endirə biləcəyi məsafə 5 kilometrlə məhdudlaşır. Çünki, daha uzaq məsafələrdə lazer şüasının təsiri zəifləyir və ya itir. Nəhayət, dördüncüsü, lazer şüasını çox da bahalı olmayan materiallardan istifadə etməklə qaytarmaq mümkündür.

Çin 2014-cü ildə ABŞ-a məxsus lazer silahlarıının onların xüsusi mühafizə qatı ilə təmin olunan texnikları üçün təhlükə törətmədiyini iddia etdi. Təbii ki, əksini sübut etmək üçün zamana ehtiyac var.

Yuxarıda göstərilən sistemlər təyin olunmuş parametrlərə uyğun çalışması təmin edildikdən sonra, “HEL-MD” qurğusuna 100 kilovatt gücündə olan son variant döyüş lazerinin quraşdırılması nəzərdə tutulub. Bu gücdə olan lazer, hədəfi məhv etmə məsafəsinin artmasına, hədəfi zəmanətli məhv etmək üçün şüanın onun üzərində saxlanılma vaxtının azalmasına gətirib çıxaracaq. Bu isə lazer silahının effektivliyinin yüksəlməsi deməkdir. Effektivliyi yüksək olan və sursatları çox da baha olmayan silahlara isə, tələbat hər gün artmaqda davam edir. Bütün bunları nəzərə alsaq deyə bilərik ki, yaxın gələcəkdə, lazer silahları hər bir müasir ordunun arsenalında özünə layiqli yer tutacaq.

Hərbi Ekspert Ədalət Verdiyev.
Ordu.az

Teqlər: HEL-MD   Lazer-silahları  

Xəbər lenti

“HEL-MD” lazer sistemləri dünya ordu arsenalına nələr vəd edir ? – Hərbi Ekspert

2017/10/boeing-laser2-735x413435345_1509014264.jpg
Oxunub: 542     14:47     26 Oktyabr 2017    