Şəhid pilotun ad günü: Yaşasaydı 35 yaşı olacaqdı...

2017/08/tebriz_1503381714.jpg
Oxunub: 108     09:57     22 Avqust 2017    
Bu gün aprel döyüşlərində şəhid olan pilot, mayor Təbriz Musazadənin doğum günüdür.

Ordu.az-ın məlumatına görə, Təbriz Musazadə Gürcüstan Respublikasının Borçalı mahalında, Dmanisi rayonundakı Yaqublu kəndində dünyaya göz açıb. O, 4-cü sinifi bitirənə kimi Dmanisi rayonundakı rusdilli məktəbdə təhsil alıb.

Daha sonra Azərbaycana yollanan Təbriz orta məktəbi Bakı şəhərində bitirib, 1996-99-cu illərdə Naxçıvanski adına hərbi liseydə, 1999-2003-cü illərdə H.Əliyev adına Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil alıb. Mayor rütbəsinədək yüksələn hərbçi aprelin 2-də qəhrəmancasına şəhid olub.

Xatırladaq ki, erməni silahlı bölmələrinin aprelin 2-dən təmas xəttində törətdiyi təxribatların qarşısını alan zaman Mi-24 helikopterinin heyəti Azərbaycan Ordusunun mayorları Təbriz Musazadə, Urfan Vəlizadə, baş leytenant Əbubəkir İsmayılov şəhid olublar.

Onların meyitləri neytral ərazidə qaldığı üçün beynəlxalq qurumların vasitəçiliyi ilə aprel ayının 10-da Azərbaycana tərəfə təhvil verilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və ordumuzun digər generallarının iştirakı ilə şəhidlərimiz aprel ayının 11-də II Fəxri Xiyabanda dəfn olunublar.

Ordu.az

Teqlər: Təbriz-Musazadə  

Xəbər lenti

Şəhid pilotun ad günü: Yaşasaydı 35 yaşı olacaqdı...

2017/08/tebriz_1503381714.jpg
Oxunub: 109     09:57     22 Avqust 2017    