Yaşasaydı 38 yaşı olacaqdı - Şəhid pilotun ad günüdür

2017/08/urfan_1503380140.jpg
Oxunub: 105     09:32     22 Avqust 2017    
Bu gün aprel döyüşlərində şəhid olan pilot, mayor Urfan Vəlizadənin doğum günüdür.

Ordu.az xəbər verir ki, şəhid pilot 1978-ci ildə anadan olub. O, 1995-ci ildə orta məktəbi bitirəndən sonra sənədlərini Türkiyədə Hava Hərbi məktəbinə verib. 2000-ci ildə təhsilini başa vurduqdan sonra 6 ay İstanbulda işləyib. Vətənə döndükdən sonra 2005-ci ilə qədər Kürdəmirdə fəaliyyətini davam etdirib.

Urfan daha sonra ixtisasını hərbi helikopter üzrə təkmilləşdirib. Bu sahə üzrə çalışan Mİ-24 helikopterinin pilotu Urfan Vəlizadə bu ilin aprel ayında baş verən döyüşlərdə Mİ-24 helikopterinin vurulması nəticəsində şəhid olub.

Qeyd edək ki, şəhid pilotumuz 11 aprel 2016-cı ildə Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn olunub.

Şəhid pilotun iki qız övladı yadigar qalıb.

Ordu.az

Teqlər: Urfan-Vəlizadə  

Xəbər lenti

Yaşasaydı 38 yaşı olacaqdı - Şəhid pilotun ad günüdür

2017/08/urfan_1503380140.jpg
Oxunub: 106     09:32     22 Avqust 2017    