Pakistan hərbi kəşfiyyatının keçmiş rəisi: “İslamabad Azərbaycan ordusu ilə işləməyə hazırdır”

" class="img-responsive" style="max-width: 640px; margin: 0 auto;" alt="">
Oxunub: 526     17:37     30 Oktyabr 2017    
Ordu.az Pakistan Silahlı Qüvvələrinin hərbi kəşfiyyat idarəsinin keçmiş rəisi, ehtiyatda olan general leytenant, Hindistan-Pakistan döyüşlərinin (1965 və 1971-ci illərdə) iştirakçısı Əmcad Şoaybdan alınan müsahibəni təqdim edir.

- Cənab general, bu gün Bakı və İslamabadın hərbi-texniki əməkdaşlığı Azərbaycan-Pakistan münasibətlərinin əsas tərkib hissələrindən birini təşkil edir. Ölkələrin daha sıx əməkdaşlığı üçün siz nə təklif edərdiniz?

- Pakistan siyasi və iqtisadi sahələrdə Azərbaycanla çox yaxşı əlaqələrə malikdir. Lakin hazırkı hərbi-texniki əməkdaşlığın səviyyəsini yüksəltmək vacib məsələdir. Pakistan Azərbaycana tədarük edilməsi mümkün olan çox geniş spektrli qəliz hərbi texnika istehsal edir. Hər iki ölkə birgə hərbi təlimlər keçirməlidir. Bundan başqa Pakistan, terrorizmlə mübarizə çərçivəsində Pakistan ordusunun müxtəlif təhsil müəssisələrində Azərbaycan ordusunun müxtəlif təyinatlı qüvvələrinə təlim keçməyə şad olar.

- Bildiyiniz kimi, Ermənistan Azərbaycan ərazisini – Dağlıq Qarabağ və ona bitişik 7 rayonu işğal edib. Pakistan isə, öz növbəsində Ermənistanı dövlət kimi tanımır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə nə düşünürsünüz?

- Ermənistan anlamalıdır ki, müharibə heç vaxt istənilən mübahisənin uzunmüddətli həllini təmin edə bilməz. Dağlıq Qarabağ uğrunda Ermənistanla Azərbaycan arasında olan müharibə sülh yolu ilə həllini tapmalıdır. Cari münaqişə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq formada qəbul edilən sərhədləri əsasında həll edilməlidir. Bildiyim qədərilə BMT Təhlükəsizlik Şurasının Qarabağ məsələsinə dair qətnamələri var və Ermənistan həmin qətnamələri yerinə yetirməlidir. Əlbəttə, dünya ictimaiyyəti də Ermənistanı həmin qətnamələri yerinə yetirməyə məcbur etməlidir.



- İcazənizlə Yaxın Şərqdəki vəziyyət barədə sizə sual verərdik. Yaxın Şərqdə hadisələr sürətlə inkişaf edir. Bu yaxınlarda “Müstəqillik referendumu” keçirən İraq Kürdüstanı indi səsvermənin nəticələrinin ləğv edilməsinin mümkünlüyünü bəyan edir. Fikrinizcə, regionu hadisələrin inkişafının hansı ssenarisi gözləyir?

- Biz keçmişdə kürdlərin uğursuz cəhdlərinin şahidi olmuşuq, lakin bu dəfə onlar çoxdankı məqsədlərinə - müstəqilliyə nail olmaq üçün dinc və dekomratik yol seçiblər. Kürdlər həm də genişmiqyaslı terror fəaliyyəti ilə fərqləndikləri Türkiyədən müstəqillik tələb ediblər. İraq qüvvələrinin Mosulda İŞİD tərəfindən məğlub edilməsindən sonra, ABŞ kürd Peşmərgəsini müasir silahlarla təchiz etməyə başladı. Türkiyə ABŞ tərəfindən kürdlərə silah çatıdırlmasına mane oldu. Belə ki, Vaşinqton Ankaranın milli təhlükəsizlik maraqları ilə hesablaşmırdı.

İŞİD təhlükəsi aradan qalxdıqdan sonra kürdlər əsas məqsədlərini – mütəqil kürd dövlətinin yaradılmasını gerçəkləşdirməyə başladılar. Aydındır ki, kürd millətçiliyinin inkişafı qonşu dövlətlərin ərazi bütövlüyü üçün ciddi təhlükə mənbəyidir. Hətta, əgər İŞİD Suriya və İraqdan təmamilə çıxarılsa, çətin ki bu region yaxın gələcəkdə stabilliyini bərpa etsin. AŞB-ın Peşmərgəyə dəstək verməsi və onların qonşu ölkələrdəki əməliyyatları regionda stabilliyin pozulmasının əsas səbəbi olacaq. Kürd qüvvələri və İraq ordusu arasında açıq müharibə hər şeydən əvvəl, Türkiyə və ya İranın İraqa açıq və ya dolayı müdaxiləsinə səbəb olacaq.

- İŞİD Suriya və İraqda mövqelərini itirir. Sizcə, İŞİD terrorçuları məğlubiyyətdən sonra hansı ölkələrə gedə bilərlər?

- Fikrimcə, İŞİD İraq və Suriyada təmamilə məğlub olduqdan sonra onun sıralarında vuruşanlar Səudiyyə Ərəbistanı, İordaniya, Misir və Yəməndə gizlənməyə çalışacaqlar. İŞİD artıq əvvəlki ərazilərinin böyük hissəsini itirib, lakin əvvəl olduğu kimi, dünyanın istənilən nöqtəsində terror hadisələri törədə bilmək bacarığını qoruyub saxlamaqdadır. Səudiyyə Ərəbistanının İslam koalisiyası qüvvələrinin formalaşmasına dair planı ilk növbədə bu təhlükənin kənarlaşdırılması üçün nəzərdə tutulmuşdu.



Gözlənilir ki, İŞİD-in əsas hissəsi Əfqanıstanda təhlükəsiz sığınacaq tapacaq və bununla da Rusiya, İran, Pakistan və Mərkəzi Asiya ölkələri üçün ciddi təhlükəyə çevriləcək. KİV-lərin məlumatına görə, Rusiyadan 4000-ə yaxın rusdilli sünni və İranın Bəlucistan vilayətindən çox böyük sayda müsəlman Suriya və İraqda İŞİD-ə qoşulub. Həmçinin gözlənilir ki, hazırda yerləşdikləri mövqelərdən çıxarıldıqdan sonra, onlar artıq özlərindən söz etdirdikləri Əfqanıstanın siyasi dağınıq ərazilərində özlərinə sığınacaq tapa bilərlər.

Rusiya və İran həmişə bu təhlükəni nəzərində saxlayıb və onların əfqan taliblərinə dəstək verməsi ilk növbədə İŞİD-in Əfqanıstanda möhkəmlənməsi potensialının mövcudluğunu təxmin etmələri ilə bağlıdır. Eləcə də, bu yaxınlarda müxtəlif kəşfiyyat mənbələrindən eşitmişik ki, İŞİD Əfqanıstanda ABŞ tərəfindən dəstək alır. Bu, yetərincə təhlükəli səslənir, lakin reallığa uyğun olmasını da istisna etmək olmaz.

Cəsarətli şəkildə güman edə bilərik ki, ABŞ və onun müttəfiqləri İŞİD-i Əfqanıstanda Suriya və Ukraynaya müdaxilə etdiyinə görə, Rusiyaya qarşı istifadə edəcəklər. Burada - Əfqanıstanda oturaraq ABŞ İŞİD-ə sahib olmasından İran, Pakistan, Mərkəzi Asiya, Rusiya, hətta Çində stabilliyin pozulmasında istifadə edə bilər.

- Bəs Cənubi Qafqaz regionu haqqında nə demək olar? Narahatçılıq üçün ciddi əsas varmı?

- Fikrimcə, İŞİD yaxın gələcəkdə Azərbaycana və ya Cənubi Qafqazın digər ölkələrinə zərbə endirə bilməyəcək. Lakin Əfqanıstanda ABŞ tərəfindən dəstək verilən İŞİD Mərkəzi Asiya ölkələrində əməliyyatların keçiriilməsi potensialına sahib olacaq. ABŞ ilk növbədə onları Əfqanıstan yaxınlığında qeyri-stabilliyin yaranması üçün istifadə etmək istəyəcək. Suriya və İraqdan Əfqanıstana qayıtmış rus və iranlı sünnilər ABŞ-ın bu məqsədinin həyata keçirilməsinə məmnuniyyətlə razı olacaqlar.

- ABŞ və Pakistan arasında əlaqələr niyə qəfildən pisləşdi və ölkələr arasında əvvəlki etimadın bərpa olunacağına ümid varmı?

- 11 sentyabr hadisələrindən sonra ABŞ Əfqanıstana daxil olanda, Pakistan bütün hərbi əməliyyatlarda ABŞ-ı dəstəkləyirdi. Pakistanın dəstəyi özünə hava bazaları, liman qurğuları ilə təmin etmə, amerikan qoşunlarının Əfqanıstanda maddi-texniki təminatı üçün yol infrastrukturunun istifadəsi və həyati əhəmiyyətli məlumatların mübadiləsini daxil edirdi. ABŞ isə, bunun əvəzində regionda özünün və Hindistanın strateji maraqlarını Pakistanın milli təhlükəsizlik maraqları bahasına inkişaf etdirirdi. Hind-amerikan hərbçiləri və nüvə əməkdaşlığı regional strateji balansı Hindistannın lehinə dəyişdirdi.
Terrorizmlə müharibədə ABŞ-ın müttəfiqi olan Pakistan isə Hindistan-Pakistan münaqişəsinə obyektiv baxış gözləyirdi. Lakin Pakistan xəyal qırıqlığına uğradı, Pakistanın ciddi milli təhlükəsizlik problemlərinin həllinə nəzər salmaq əvəzinə, ABŞ nüvə texnologiyaları və müdafiə sahəsində Hindistanla əlaqələrini genişləndirməyə davam edirdi.



ABŞ tələb edirdi ki, Pakistan “Həkkani şəbəkəsi”nə qarşı ciddi tədbirlər görsün, lakin özləri Əfqanıstan ərazilərindən Hindistanın himayəçiliyi ilə fəaliyyət göstərən terrorçu qruplaşmaları əleyhinə heç bir tədbir görmürdülər. “Həkkani şəbəkəsi” də daxil olmaqla hər cür terrorçu sınığanacaqlarının Pakistan torpaqlarında məhv edilməsi üçün ordumuz irimiqyaslı hərbi əməliyyatlara başladı, lakin ABŞ və onun müttəfiqləri əfqan torpaqlarında Pakistana qarşı olan terrorçu qruplaşmalarına qarşı heç bir əməliyyat keçirmirdilər.

ABŞ heç vaxt Pakistana özünün Əfqanıstandakı oyununu etibar etmədi. Təbii ki, Pakistan özünə ABŞ-ın Əfqanıstandakı uğursuzluğunda günah keçisi olmağa izn verə bilməz. Eyni zamanda, Pakistan sadəcə ABŞ-ı razı salmaq üçün Hindistanla bağlı milli təhlükəsizlik problemlərini görməzdən də gələ bilməz. Pakistanın Rusiya ilə Əfqanıstanda sülhə nail olunması əlaqələri və Pakistanda Çin iqtisadi dəhlizinin inkişafı məsələləri ABŞ-ın Pakistana münasibətdə qıcıqlandırıcı mövqedə olmasını təmin etdi. Bilirik ki, Pakistanın dəstəyi ABŞ-ın Əfqanıstandakı əməliyyatları üçün böyük əhəmiyyətə malikdir.

- Pakistan-Hindistan məsələsinin tənzimlənməsinə dair bir neçə təşəbbüs və təkliflər var, lakin onlardan heç biri sizin regiona stabillik və sülh gətirmədi. Bəs Pakistanın özü münaqişə vəziyyətinin həlli üçün hansı dinc tənzimlənmə modelini təklif edir?

- Hindistanla Pakistan arasında həllini tapmamış xeyli sayda mübahisəli mövzu var, lakin onlardan ən vacibi yalnız dövlətlərarası əlaqələrimizi pozmayan, həm də iki ölkə arasında düşmən münasibətin yaranmasına səbəb olan Kəşmir münaqişəsidir. Hindistanla Pakistan arasında eyni məsələyə görə 3 müharibə baş tutub. Son 70 ildə iki ölkənin silahlı qüvvələri Kəşmir ərazisində atəşkəsi pozaraq dəfələrlə üz-üzə gəliblər. Tez-tez atəşkəsin pozulmasına görə, hər iki tərəf xeyli sayda insan və texnika tələfatı verib. Pakistanın cəhdlərinə baxmayaraq Hindistan eyni bəhanə ilə münaqişənin danışıqlar vasitəsilə həllindən boyun qaçırır. Hindistanın sonuncu mövqeyinə görə, “terrorizm və danışıqlar birlikdə mövcud ola bilməz”.

Pakistanın iştirakına dair hər hansı sübut gətirmədən Hindistan, İslamabadı ötən il sərhədboyu şəhərlərdə baş verən iki hadisədə günahlandırdı. Mənim fikrimcə, Hindistan dövlət siyasəti çərçivəsində danışıqlardan yayınır, amma bunun əvəzində bəhanə kimi terror aktlarından istifadə edir. İkitərəfli danışıqlar aparmadan heç bir tərəf mübahisəni həll edə bilməyəcək, biz bunsuz əlaqələrin yaxşılaşacağına ümid edə bilmərik.

Seymur Məmmədov
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az


Teqlər: Pakistan   Əmcəd-Şoayb   Azərbaycan  


Xəbər lenti