Türkiyə SARP döyüş modulunun yeni idarə olunan versiyasını təqdim edib

2017/11/17_11_08_151014422245645_1510150107.jpg
Oxunub: 266     18:08     08 Noyabr 2017    
Türkiyə məsafədən idarə olunan SARP döyüş modulu ilə 13 ölkəni təchiz edir.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin ASELSAN müdafiə şirkəti müdafiə və təhlükəsizlik üzrə Taylandda keçirilən “Defense&Security-2017” Beynəlxalq Asiya sərgisində ilk dəfə məsafədən idarə olunan SARP döyüş modelini təqdim edib.

Bu silah sistemi strateji mühüm rayonların müdafiəsi və stasionar platformalara, həmçinin zirehli texnikaya quraşdırmaq üçün hazırlanıb.

ASELSAN şirkətinin rəhbəri Mustafa Kaval “Anadolu” agentliyiniə şirkətin ayda 100 ədəd məsafədən idarə olunan SARP döyüş modulu istehsal etdiyini bildirib.

“Türkiyədə müdafiə sahəsində silah və texnika ölkəyə uyğun təlabatlar nəzərə alınmaqla istehsal edilir, xarici bazara çıxarıldıqda isə yeni konfiqurasiyalar işlənir”, - deyə Kaval qeyd edib.

Onun sözlərinə görə, 7,62 millimetr çaplı və 6 lüləli SARP M134 modulu ilk dəfə Taylandda keçirilən sərgidə təqdim olunub.

Ağalar Qəribov
Ordu.az


Teqlər: Türkiyə   SARP   Defense&Security-2017  


Xəbər lenti