Moskva və Ər-Riyad S-400-lərə dair müqaviləni may ayında imzalayıb

2017/11/213234234_1510730331.jpg
Oxunub: 160     11:18     15 Noyabr 2017    
Rusiya ilə Səudiyyə Ərəbistanı arasında S-400 ZRK-larının satışına dair müqavilə cari ilin may ayında imzalanıb.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə “Dubai Airshow 2017” sərgisində Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin mətbuat xidmətinin nümayəndəsi bəyan edib.

“S-400 “Triumf” sistemlərinin təchizatı ilə bağlı müqavilə krallığın maraqları çərçivəsində 2017-ci ilin mayında imzalanıb”, - deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.

Qeyd edək ki, S-400 “Triumf” uzaq məsafəli zenit raket kompleksi Rusiyanın silahlanmasına 2007-ci ildə qəbul olunub. O, aviasiya, qanadlı və ballistik raketlərin məhv edilməsi, o cümlədən yürüstü obyektlərə qarşı istifadə oluna bilər. Cari ilin aprel ayında Rusiya Aerikosmik Qüvvələrinin rəhbər müavini Viktor Qumennıy bəyan edib ki, artıq silahlanmaya yaxın kosmosdakı hədəfləri məhv etməyə qadir S-400-lər daxil olunmağa başlayıb.

Ağalar Qəribov
Ordu.az


Teqlər: S-400   Rusiya   Ərəbistan  


Xəbər lenti