Tillerson KXDR-ə münasibətdə yeni sanksiyalardan bəhs edib

2017/11/40807783_303345345_1511243758.jpg
Oxunub: 103     09:54     21 Noyabr 2017    
ABŞ Dövlət Departamentinin rəhbəri Reks Tillerson Şimali Koreyaya münasibətdə qəbul edilən yeni sanksiyalardan bəhs edib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Bu sanksiyalar bizim daha öncə qəbul etdiklərimizə bənzəyir. Sadəcə bu dəfə sanksiyalar daha çox subyektə şamil ediləcək”, - deyə dövlət katibi Ağ Evdə keçirilən brifinq zamanı bəyan edib.

Tillerson təfərrüatları bölüşməyərək qeyd edib ki, detalları bu gün sənədin rəsmi şəkildə elan olunmasından sonra açıqlayacaq.

Həmçinin dövlət katibi Şimali Koreyanın terrorizmin sponsorlarından ibarət siyahıya əlavə olunduğunu bildirərək, bu baxımdan da KXDR-ə təzyiq göstərilməsinin labüd olduğunu bildirib.

Ordu.az


Teqlər: Tillerson   ABŞ   KXDR  


Xəbər lenti