Stoltenberq: Gürcüstanın üzvlüyü üçün alyansın bütün ölkələrinin razılığı lazımdır

2017/11/Yens-Stoltenberq_1511177613.jpg
Oxunub: 109     15:32     20 Noyabr 2017    
Gürcüstanın NATO-nun üzvü olması üçün 29 üzv dövlətin buna razılıq verməsi lazımdır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq “Obşestvennıy veşatel Qruzii” telekanalının efirinidə bəyan edib.

Stoltenberq bildirib ki, NATO Gürcüstanda cərəyan edən islahatlar kursunu dəstəkləyir.

“NATO Gürcüstan və Ukraynaya islahatlar aparmaqda kömək edir. Nəticədə onların alyansa dəvət edilməsi barədə qərarı 29 müttəfiqin hamısı qəbul etməlidir. Bu qərara və prosesə heç kəs müdaxilə edə bilməz. Gələcəyinin müəyyənləşdirilməsi dövlətin suveren hüququdur”, - deyə Stoltenberq vurğulayıb.

Lakin o, qeyd edib ki, NATO-ya daxil olmaq üçün ölkələr müdafiə institutlarının möhkəmləndirilməsi, demokratiynın gücləndirilməsi və korrupsiya ilə mübarizə kimi standartları yerinə yetirməlidirlər.

Ağalar Qəribov
Ordu.az


Teqlər: NATO   Gürcüstsan  


Xəbər lenti