Layihə haqqında

Hörmətli oxucular! Ordu.az – hərbi və geosiyasi yüklü müstəqil xəbər saytıdır. Saytın məqsədi ölkənin media məkanında hərbi-geosiyasi, hərbi-texnoloji mövzularla bağlı məlumat və analiz boşluğunu doldurmaqdır. Digər məqsədimiz dünyada gedən informasiya müharibəsində Azərbaycanın mövqelərinin güclənməsinə xidmət etmək, ölkəmizə və ordumuza qarşı olan təxribatlara cavab verməkdir. Bu məqsədlərə çatmaq üçün Azərbaycan Ordusu, ölkəmizin hərbi sənaye kompleksi, qəhrəmanlarımız, hərb tarixmizlə bağlı mövzulara üstünlük verəcəyik. Həmçinin ordu.az gənclərə vətənpərvərlik hisslərinin aşılanmasına da xüsusi diqqət ayıracaq. Eyni zamanda, saytda Cənubi Qafqaz, MDB, Yaxın Şərq, Avro-Atlanika məkanında baş verən yenilikləri də diqqətinizə çatdıracağıq. Ordu.az hərbi və vətənpərvərlik mövzuları ilə maraqlanan bütün şəxslər ilə əməkdaşlığa açıqdır.

Xəbər lenti