Düşmənin təxribat qrupunun üzvü məhv edilib - VİDEO

2017/08/mudafie_1503400974.png
Oxunub: 68     15:16     22 Avqust 2017    
Avqustun 8-də gündüz saatlarında cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.

Azərbaycan Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, dərhal görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib.

Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir.



Ordu.az


Teqlər: Düşmən   Təxribat    


Xəbər lenti