"Lavrovun Bakı və İrəvan səfərlərindən hər hansı dönüş gözləmək lazım deyil" - Rusiyalı ekspertlər

2017/11/1038164204345345_1511006856.jpg
Oxunub: 538     16:01     18 Noyabr 2017    
"Qarabağ məsələsi, kürd və yaxın şərq münaqişələri kimi demək olar ki, həll olunmazdır".

Ordu.az xəbər verir ki, bu barədə Rusiya KİV-lərinə müsahibəsində rus ekspert Aleksey Malaşenko bəyan edib.


Son günlərdə Qarabağ üzrə danışıqlar prosesi yenidən fəallaşıb. Növbəti həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni və azərbaycanlı həmkarları ilə görüşə gedəcək.

Malaşenko, Madrid prinsiplərinin Qarabağla bağlı nə etmək lazım olduğunu göstərdiyini bildirib.

Digər, rusiyalı ekspert Yevsey Vasilyev RT telekanalına müsahibəsində bildirib ki, Lavrovun Bakı və İrəvan səfərində Dağlıq Qarabağ münaqişəsinin dərhal həllini mümkün edən təkliflər müzakirə edilməyəcək.


O, qeyd edib ki, bu gün rus diplomatiyasının səyləri göründüyündən daha ağır olan status-kvonun qorunub saxlanılmasına yönəlib.

Onun fikirlərinə görə, Moskvanın sülhməramlı səyləri, bugünki vəziyyətdə daha az ehitmal olunan, Qarabağ münaqişəsinin həll edilməsinə deyil, mövcud ziddiyyətlərin aradan qaldırılmasına və yol xəritəsinin hazırlanmasına yönəlib. O, əmin edib ki, Lavrovun Bakı və İrəvan səfərlərindən hər hansı dönüş, irəliləyiş gözləmək lazım deyil.

Alpər Mövludoğlu
Ordu.az


Teqlər: Lavrov   Qarabağ  


Xəbər lenti